PODRATLA BAĞLI MÜBAHİSƏLƏRDƏ HANSI SÜBUTLAR İSTİFADƏ OLUNA BİLƏR?
Ali Məhkəmə kommersiya mübahisəsinə baxaraq “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi üzrə 1.160.983,23 manat məbləğində işlərin görülməsinə görə ödənilməmiş 545.564,20 manat borcun, 410 manat mediasiya xərcinin, 370 manat dövlət rüsumunun həmin işləri icra etmiş şirkətə ödənilməsi barədə qərar qəbul etmişdir. Sübut qismində müqavilə, elektron qaimələr və işlərin görülməsinə dair aktlar məhkəmədə araşdırılmış və iddiaçı şirkətin tələbinin əsaslı olması müəyyən edilmişdir. Bir daha qeyd etmək istərdik ki, əksər hallarda şirkətlər işin görülməsini təsdiq edən aktlara səhlənkar yanaşırlar və yalnız e-qaimələrlə tələblərini sübut etməyə çalışırlar. Bizimlə əlaqə üçün: 050 224 85 05...
Ardını oxu