Məqalə və təhlillər - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

XULİQANLIQ- HÜQUQİ MÜDAFİƏ İMKANLARI

Xuliqanlıq cinayət əməli

1) Xuliqanlıq cinayət tərkibinin anlayışı. Xuliqanlıq cinayət əməli kimi ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir.  Qeyd: Xırda xuliqanlıq inzibati xəta kimi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir.  2) Xuliqanlıq cinayətlərinin istintaqını aparan orqan hansıdır?    AR Daxili işlər (polis) orqanları  3) Xuliqanlıq cinayət əməli ilə bağlı cinayət işinə hansı...

Ardını oxu

DƏLƏDUZLUQ – HÜQUQİ MÜDAFİƏ İMKANLARI

1) Dələduzluq cinayətinin anlayışı.   Dələduzluq -  yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdir.    2) Dələduzluq cinayətlərinin istintaqını aparan orqan hansıdır?   AR Daxili işlər (polis) orqanları  3) Əgər dələduzluq cinayəti nəticəsində şəxsə 700 manat ziyan dəymişdirsə, bu zaman onu hansı cəza gözləyir?   500 manat - 5000 manata qədər ziyan vurulmuşdursa - şəxs 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  5.000...

Ardını oxu

E-QAİMƏ ÜZRƏ SÜBUTETMƏNİN TƏŞKİLİ

Elektron qaimə

Elektron qaimənin rolu Ümumiyyətlə, elektron qaimələr, müasir ticarət əlaqələrində mühüm rol oynayır və tərəflər arasında maliyyə əməliyyatlarının rəsmiləşdirilməsində əsas vasitələrdən biridir. Satıcı tərəfindən alıcıya malların satışı və ya xidmətlərin göstərilməsi ilə əlaqədar məlumatlar elektron qaimə əsasında təqdim edilir. Elektron qaimə satıcı tərəfindən alıcıya malın satışı və ya xidmətin göstərilməsi ilə əlaqədar məlumatların elektron şəkildə təqdim edilməsi üçün istifadə olunur.  Azərbaycan Respublikasının məhkəmə təcrübəsində, müqavilə üzrə malların göndərilməsi, xidmətlərin göstərilməsi və s. kimi faktların necə təsdiq edilməsi, sübutların qiymətləndirilməsi məsələsinə dair məqamlara aydınlıq gətirilmişdir.  Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən,  elektron qaimələrin düzgün şəkildə tərtib edilmiş və göndərilmiş olması, hətta onun ləğv olunmaması və ya...

Ardını oxu

Sosial şəbəkələrdə aparılan yazışma və zənglərin əldə edilməsi mümkündürmü?

Bəzən vətəndaşlarda belə bir fikir yaranır ki, istənilən işdə mobil operatora sorğu ünvanlayaraq Whatsapp, Instagram, Telegram və s. tətbiqlərdə aparılan yazışmaları əldə etmək mümkündür. Bununla bağlı Azercell rəsmi sorğumuza cavab vermişdir. Cavab mətnini sizinlə paylaşırıq. Sorğumuza cavab olaraq bildirilmişdir ki, Whatsapp, Instagram, Telegram və s. kimi tətbiqlər vasitəsilə edilən zənglər, göndərilən mesajlar, audio və video materialların əldə edilməsi Azercell Telekom MMC-də texniki cəhətdən mümkün deyil.   Bizimlə əlaqə: +99450 224 85 05 | +99412 464 80 79 Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə Bizi izləyin: LinkedIn: www.linkedin.com/in/parvizmammadovaz Instagram: www.instagram.com/parvizmammadov.az Telegram: t.me/mammadovparviz...

Ardını oxu

AZPARKİNQ SİSTEMİNDƏN KİMLƏR ÖDƏNİŞSİZ İSTİFADƏ EDƏ BİLƏR?

Parklanma yerləri. Son günlərdə ödənişli parklanma yerlərindən istifadə olduqca aktualdır. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə ərazisində parklanma yerləri yaradılmış və zonalar üzrə tariflər müəyyən edilmişdir. Ödənişlərin sistemliliyini və rahatlığını təmin etmək məqsədilə Azparkinq sistemi istifadəyə verilmişdir. Vətəndaşları maraqlandıran əsas sual isə bu parkinq yerlərinin yaxınlığında yaşayan sakinlərin, həmçinin bu ərazidə fəaliyyət göstərən müəssisələrdə çalışan işçilərin belə ödəniş etməli olub-olmamasıdır. Parkinq xərci. Məsələnin bu aspektdən tənzimlənməsi olduqca vacibdir, çünki parklanma yerləri kimi nəzərdə tutulmuş ərazilərdə fəaliyyət göstərən iş yerlərinin işçiləri həmin parklanma yerlərindən uzun müddət istifadə etməli olurlar ki, bu da onlar üçün olduqca yüksək xərclərə səbəb olur. Mövcud tarifləri...

Ardını oxu

DÖVLƏT QURUMLARINDAN SORĞUMUZA CAVAB

Avansla bağlı məsuliyyət. Daha əvvəl idxalçı şirkətlərin avans problemi ilə bağlı blog yazımızı sizinlə paylaşmışdıq. AR İXM-nin 430.4-cu maddəsində avans məbləği ödəndikdən sonra malın idxal olunmamasına görə məsuliyyət müəyyən edilmişdir. Normanın məzmunundan da aydın olduğu kimi, hüquqi və fiziki şəxslərə xarici ölkələrdə olan tərəfdaşlarına avans qismində pul köçürdükdən sonra 2 il ərzində həmin malların (xidmətlərin) idxalını təmin etməli və ya pul vəsatini geri öz bank hesablarına qaytarmalıdırlar. Lakin məsələ ilə bağlı bəzi sual doğuran məqamlar var. “İdxal” anlayışı. Belə ki, Gömrük Məcəlləsinə əsasən, mallar ölkəyə daxil olduqdan sonra gömrük anbarı rejimində 3 il saxlanıla bilir. Bəs bu rejimdə saxlanılan mallar idxal...

Ardını oxu

ƏDALƏTLİ MƏHKƏMƏ QƏRARI İLƏ ŞƏXSİN CƏZASI YÜNGÜLLƏŞDİRİLDİ

Hazırda narkotik vasitələrin əldə edilməsi ilə əlaqədar cinayət işləri olduqca aktualdır. Bu blog yazımızda da bu tip cinayət işi üzrə vətəndaşın xeyrinə dəyişdirilən qərarlardan birini nəzərdən keçirib məsələ ilə bağlı Ali Məhkəmənin mövqeyini izah edəcəyik. Belə ki, şəxsin əməli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə narkotik maddələrin satış məqsədilə əldə olunması(CM 234.4.1 və 234.4.3) kimi qiymətləndirilmiş və şəxs 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Apellyasiya Məhkəməsi isə haqlı olaraq bu əməlin narkotik maddələrin satışı deyil, satış məqsədi olmadan əldə olunması(CM 234.1) olduğunu qərarında əsaslandırmış, şəxsə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və Ali Məhkəmə də...

Ardını oxu

ELEKTRİK ŞARJ STANSİYALARI İLƏ BAĞLI SORĞUMUZA CAVAB VERİLİB

elektrik şarj stansiyaları

Hazırda bir sıra üstünlüklərinə görə elektrik enerjisi ilə çalışan avtomobillərə tələbat getdikcə artmaqdadır. Bu da şəhərin müxtəlif məntəqələrində elektrik doldurma məntəqələrinin, başqa sözlə şarj stansiyalarının fəaliyyət göstərməsini zəruri edir. Bəs elektrik şarj stansiyaları tikintisi və fəaliyyəti ilə bağlı tələblər nələrdir? Bununla bağlı Bakı şəhəri İcra Hakimiyyətinə ünvanladığımız sorğuya verilən cavabda bildirilmişdir ki, bu xidmətin təşkili üçün aidiyyəti təşkilatlar tərəfindən müvafiq icazə sənədləri təqdim edildiyi təqdirdə yerlərin müəyyən edilməsi və qurğuların quraşdırılması üçün edilmiş müraciətə digər dövlət təşkilatlarının rəyi nəzərə alınmaqla baxıla bilər. Həmçinin bax: İdxalçı şirkətlərin avans problemi - Hüquqi baxış Bizimlə əlaqə üçün: +99450 224 85 05 | +99412 464 80 79 Əhməd Rəcəbli 1,...

Ardını oxu

MƏRKƏZİ BANK İNVESTİSİYA FONDLARI BARƏDƏ SORĞUMUZA CAVAB VERMİŞDİR

İnvestisiya mühitinin araşdırılması çərçivəsində hüquqi rəyin formalaşdırılması ilə yanaşı bir sıra dövlət orqanlarına da rəsmi sorğular göndərir və müxtəlif mövzular barədə mövqelərini də əldə edərək öz rəyimizə əlavə edirik. Bu araşdırma çərçivəsində tərəfimizdən ölkədə fəaliyyət göstərən investisiya fondları barədə məlumat almaq üçün Mərkəzi Banka sorğu ünvanlanmışdır. Sorğuda hazırda fəaliyyət göstərən investisiya fondlarının sayı və portfel həcmləri barədə məlumat verilməsi xahiş olunmuşdur. Mərkəzi Bank tərəfindən 13 sentyabr 2023-cü il tarixdə sorğumuza cavab verilmiş və bildirilmişdir ki, hazırda ölkədə lisenziya əsasında fəaliyyət göstərən investisiya fondu mövcud deyildir. İqtisadiyyatın müxtəlif sektorları ilə bağlı apardığımız hüquqi araşdırmalarla tanış olmaq üçün saytımızı izləyin. Bizimlə əlaqə üçün: +994502248505...

Ardını oxu

İDXALÇI ŞİRKƏTLƏRİN AVANS PROBLEMİ – HÜQUQİ BAXIŞ

Konstitusiyamızın 59-cu maddəsində azad sahibkarlıq hüququ təsbit edilmişdir. Sahibkarlıq fəaliyyətinin bir istiqaməti də xarici ticarət fəaliyyətinin həyata keçirilməsidir. Bu zaman da təbii ki, şirkətlər öz ticarət əməliyyatlarını müxtəlif xarici valyutalarla həyata keçirirlər. Ölkədən xarici valyutanın köçürülməsindən sui-istifadə halları isə maliyyə sabitliyi üçün risklər yarada bilər. Bu baxımdan tənzimləyici orqan olan Mərkəzi Banka bir sıra səlahiyyətlər verilmişdir və həmin səlahiyyətlər çərçivəsində Mərkəzi Bank xarici valuyta əməliyyatlarına nəzarəti həyata keçirir. Təbii ki, burada qanun pozuntularına yol verən hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi də bu nəzarətin effektivliyini təmin edir. Bu cür məsuliyyət AR İXM-nin 430.4-cü maddəsində təsbit edilmişdir. Normanın məzmunundan da aydın olduğu kimi,...

Ardını oxu