“Sahibkarların hüquqi müdafiəsində vəkillərə tələbat artıb”
Sahibkarların hüquqi müdafiəsində vəkilin rolu "Son illərdə sahibkarların fəaliyyəti ilə əlaqədar investisiya mühitinin qorunması, sahibkarlıq subyektlərinin inkişafı, onların mülki dövriyyədə iştirakında azadlığının təmin edilməsi və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi Azərbaycanda aparılan ardıcıl islahatların prioritet məqsədlərindəndir. Dəfələrlə bütün səviyyələrdə vurğulanıb ki, sahibkarlar nə qədər çox inkişaf etsə, onların fəaliyyəti nə qədər genişlənsə, dövlət büdcəsinə daxilomalar o qədər çox olar, ümumi inkişaf və yerli istehsal bütün daxili tələbatları ödəyər. Bu həm də dövlətimiz üçün bir strateji hədəfdir". Bunu Axeber.az-a açıqlamasında vəkil Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, sahibkarlıq subyektləri tərəfindən vəkillərə edilən müraciətlərdə ciddi artım var və bu istiqamətdə işgüzar mühit formalaşıb. "Hesab edirəm ki, bu müəyyən faktorlardan...
Ardını oxu