İDXALÇI ŞİRKƏTLƏRİN AVANS PROBLEMİ – HÜQUQİ BAXIŞ - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

İDXALÇI ŞİRKƏTLƏRİN AVANS PROBLEMİ – HÜQUQİ BAXIŞ

Konstitusiyamızın 59-cu maddəsində azad sahibkarlıq hüququ təsbit edilmişdir.

Sahibkarlıq fəaliyyətinin bir istiqaməti də xarici ticarət fəaliyyətinin həyata keçirilməsidir. Bu zaman da təbii ki, şirkətlər öz ticarət əməliyyatlarını müxtəlif xarici valyutalarla həyata keçirirlər. Ölkədən xarici valyutanın köçürülməsindən sui-istifadə halları isə maliyyə sabitliyi üçün risklər yarada bilər.

Bu baxımdan tənzimləyici orqan olan Mərkəzi Banka bir sıra səlahiyyətlər verilmişdir və həmin səlahiyyətlər çərçivəsində Mərkəzi Bank xarici valuyta əməliyyatlarına nəzarəti həyata keçirir. Təbii ki, burada qanun pozuntularına yol verən hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi də bu nəzarətin effektivliyini təmin edir.

Bu cür məsuliyyət AR İXM-nin 430.4-cü maddəsində təsbit edilmişdir. Normanın məzmunundan da aydın olduğu kimi, hüquqi və fiziki şəxslərə xarici ölkələrdə olan tərəfdaşlarına avans qismində pul köçürdükdən sonra 2 il ərzində  həmin malların (xidmətlərin) idxalını təmin etməli və ya pul vəsatini geri öz bank hesablarına qaytarmalıdırlar.

Əks halda xaricə köçürülən vəsait məbləğinin 20% həcmində vəsaiti köçürən hüquqi və ya fiziki şəxsə cərimə tətbiq edilir.

Bu sahədə formalaşmış təcrübəyə görə bankla xaricə pul köçürmə əməliyyatı məhz xaricə pul köçürmüş şirkətlərin həmin malın idxal edilməsindən sonra gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməsi ilə baş çatdırılmış hesab edilir.

Lakin bir sıra hallarda şirkətlər həmin bəyannamələri banka təqdim etmədikləri üçün müddətin çatması ilə onların barəsində protokol tərtib edilərək məhkəməyə göndərilir. Bu zaman işin müsbət həlli üçün gömrük bəyannaməsi vacib əhəmiyyətli sübut kimi çıxış edir.

Eyni zamanda təcrübədə banklar tərəfindən Mərkəzi Banka təqdim edilən sənədlərdə də müəyyən pozuntulara yol verilməsi hallarına rast gəlinir ki, bu da oxşar problemlərlə üzləşən şirkətlərin peşəkar hüquqşünas və vəkillərin xidmətindən istifadəsini zəruri edir.

Bu cür inzibati işlərdə hüquq işinin düzgün təşkili yəni,  sübutlarda olan qüsurların aşkar edilməsi eləcə də işə vaxtında gömrük bəyannamələrinin əlavə edilməsi şirkətləri əlavə cərimə yükündən azad edə bilər.

#idxal #gomruk #bank #beyenname #sahibkar #ticaret #idxalsirketleri #protokol #valyuta

Bizimlə əlaqə:

+99450 224 85 05 | +99412 464 80 79

Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə

Bizi izləyin:

LinkedIn: www.linkedin.com/in/parvizmammadovaz

Instagram: www.instagram.com/parvizmammadov.az

Telegram: t.me/mammadovparviz