Müqavilədən yaranan Mülki (kommersiya) mübahisələrində iddiaçı tərəfin hüquqlarını hüquqi müdafiə işi vəkil tərəfindən aşağıdakı qaydada qurulur:
Müqavilə tərəflərinin hüquqi statusunu və tələbə cavab verəcək şəxslər olduğunu müəyyən etmək;
Müqavilənin bağlanması faktının sübut edilməsi;
Müqavilənin Qanunvericiliyin tələblərinə uyğun olmasının sübut edilməsi;
Cavabdehin icra etmədiyi və ya lazımınca icra etmədiyi öhdəliklərinin növünün və həcminin müəyyənləşdirilməsi;
Öhdəliyin icra vaxtının çatmasının, lakin qarşı tərəfin icra etməməsinin sübut edilməsi;
Öhdəliyin icra edilməsi, dəymiş zərərin həcminin müəyyən olunması, tətbiq olunacaq hüquq normasının (Qanunvericiliyin) müəyyən olunması;
Gələcəkdə çıxarılan məhkəmə qərarının icrasını təmin etmək üçün qarşı tərəfin əmlakının tapılması və aşkar edilməsinə, həmin əmlaklar üzərində həbs qoyulmasına nail olmaq.
Müqavilədən yaranan münasibətlərdə Cavabdehin hüquqlarını hüquqi müdafiə işi aşağıdakı qaydada qurulur:
Müqavilənin mövcudluğunun mübahisələndirilməsi
Qarşı tərəfin ödhəliklərinin icra şərtlərinin mübahisələndirilməsi
Müddətlərin mübahisələndirilməsi
Borcun icrası üçün möhlət alınması
Borcun cavabdeh üçün ən uyğun şərtlərlə ödənilməsi
Hüquqi yardıma və ya məsləhətə ehtiyacınız var? Bizimlə əlaqə saxlayın.