BARIŞIQ SAZİŞİ BARƏDƏ HÜQUQİ RƏY ALİ MƏHKƏMƏYƏ TƏQDİM EDİLMİŞDİR!
Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin I bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, hər kəs öz hüquq və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və öz hüququnun müdafiəsinə nail olmaq imkanına malik olmalıdır. Hüquqların məhkəmədə müdafiəsi istiqamətlərindən biri də mülki məhkəmə icraatıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin məcəllənin 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə...
Ardını oxu