Dövlət qurumlarından sorğumuza cavab
Dövlət qurumlarından sorğumuza cavab Avansla bağlı məsuliyyət. Dövlət qurumlarından sorğumuza cavab gəldi Daha əvvəl idxalçı şirkətlərin avans problemi ilə bağlı blog yazımızı sizinlə paylaşmışdıq. AR İXM-nin 430.4-cu maddəsində avans məbləği ödəndikdən sonra malın idxal olunmamasına görə məsuliyyət müəyyən edilmişdir. Normanın məzmunundan da aydın olduğu kimi, hüquqi və fiziki şəxslərə xarici ölkələrdə olan tərəfdaşlarına avans qismində pul köçürdükdən sonra 2 il ərzində həmin malların (xidmətlərin) idxalını təmin etməli və ya pul vəsatini geri öz bank hesablarına qaytarmalıdırlar. Lakin məsələ ilə bağlı bəzi sual doğuran məqamlar var. “İdxal” anlayışı. Belə ki, Gömrük Məcəlləsinə əsasən, mallar ölkəyə daxil olduqdan sonra gömrük anbarı rejimində 3 il saxlanıla...
Ardını oxu