Məqalə və təhlillər Archives - Page 3 of 6 - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

PODRATLA BAĞLI MÜBAHİSƏLƏRDƏ HANSI SÜBUTLAR İSTİFADƏ OLUNA BİLƏR?

Ali Məhkəmə kommersiya mübahisəsinə baxaraq “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi üzrə 1.160.983,23 manat məbləğində işlərin görülməsinə görə ödənilməmiş 545.564,20 manat borcun, 410 manat mediasiya xərcinin, 370 manat dövlət rüsumunun həmin işləri icra etmiş şirkətə ödənilməsi barədə qərar qəbul etmişdir. Sübut qismində müqavilə, elektron qaimələr və işlərin görülməsinə dair aktlar məhkəmədə araşdırılmış və iddiaçı şirkətin tələbinin əsaslı olması müəyyən edilmişdir. Bir daha qeyd etmək istərdik ki, əksər hallarda şirkətlər işin görülməsini təsdiq edən aktlara səhlənkar yanaşırlar və yalnız e-qaimələrlə tələblərini sübut etməyə çalışırlar. Bizimlə əlaqə üçün: 050 224 85 05...

Ardını oxu

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanuna dəyişikliklər edilmişdir!

Yeni dəyişikliklər əsasən aşağıdakı istiqamətləri əhatə edir: 5-ci maddəyə edilmiş dəyişikliklərə əsasən, Mərkəzi bankın funksiyalarının dairəsi yenidən müəyyənləşdirilmişdir. 6-cı maddəyə edilmiş dəyişikliklərə əsasən, mərkəzi bankın gəlirlərinin dairəsi müəyyən edilir eləcə də istisnalar xarici Mərkəzi Bankın və Dövlətin bir birlərinin öhədlikləri üçün məsuliyyət daşımaması təsbir edilir. 9-cu maddəyə edilmiş dəyişikliklərə əsasən, xarici klirinq təşkilatları ilə müqavilələr bağlama səlahiyyəti təsbit edilmişdir. 21-ci maddəyə edilmiş dəyişikliklərə əsasən, MB İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədrindən daimi əsaslarla işləyən 6 üzvdən və iki kənar üzvdən ibarət olaraq cəmi 9 nəfərdən ibarət müəyyən edilmişdir. 32-ci maddəyə edilmiş dəyişikliklərə əsasən, Mərkəzi Bankda saxlanılan məcburi ehtiyatlara görə Mərkəzi banka faizlər ödəmək hüququ verilir. Həmin...

Ardını oxu

FAYDALI QAZINTI YATAQLARI HƏRRACA ÇIXARILACAQ!

Hazırda qeyri-neft sektorunda inkişafa nail olunması üçün qanunvericiliyin təkminləşdirilməsi istiqamətində müsbət yönümlü addımlar atılır. Belə ki, yer təkindən istifadənin səmərəliliyinin təmin edilməsi, istifadəçilərin bu sahədə giriş imkanlarının daha da asanlaşdırılması üçün “Yerin təkindən istifadənin dövlət tənzimləməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişikliklər edilmişdir. Qanunvericiliyə edilmiş dəyişikliklərin bu sahədə fəaliyyət göstərən iş adamları üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onlar tərəfindən ünvanlana biləcək sualları diqqətinizə çatdırırıq: Hərraclar (auksion və müsabiqələr) hansı dövlət orqanını tərəfindən həyata keçirilir? Bu sahədə tənzimləyici orqan dəyişdirilərək hərracların (auksion və müsabiqələrin) keçirilməsi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə həvalə edilmişdir.  Belə ki, əvvəllər yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və...

Ardını oxu

Qanunsuz kredit alsanız, sizi nə gözləyir?

Müasir dövrümüzdə kreditlər həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. İstər biznes, istərsə də şəxsi istehlak kreditləri vətəndaşların və sahibkarların işini xeyli asanlaşdırır. Hər bir böyüyən iqtisadiyyatda banklar və digər kredit təşkilatları verdikləri kreditlər hesabına iqtisadiyyatın sürətli böyüməsinə töhfə verirlər. Azərbaycan Respublikası da öz iqtisadiyyatını stimullaşdırmaq üçün bir sıra güzəştli kredit layihələri həyata keçirməkdədir. Bu layihələrin əsas məqsədi dövlət vəsaiti hesabına sahibkarlara güzəştli kreditlər verməkdir. Beləliklə də, iqtisadi böyüməyə fayda vermək mümkündür. Sözügedən layihələrin öz məqsədlərinə çatması üçün başlıca şərt verilən kreditlərin təyinatları üzrə istifadəsini təmin etməkdir. Belə ki, verilən kreditlər dövlət büdcəsi və vətəndaşların depozitləri hesabına formalaşır. Elə buna görə d,ə bu...

Ardını oxu

BARIŞIQ SAZİŞİ BARƏDƏ HÜQUQİ RƏY ALİ MƏHKƏMƏYƏ TƏQDİM EDİLMİŞDİR!

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin I bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, hər kəs öz hüquq və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və öz hüququnun müdafiəsinə nail olmaq imkanına malik olmalıdır. Hüquqların məhkəmədə müdafiəsi istiqamətlərindən biri də mülki məhkəmə icraatıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin məcəllənin 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə...

Ardını oxu

HAKİM VƏSATƏTİ BAXILMAMIŞ SAXLAYA BİLMƏZ!

Hüquqşünas olmayan oxucularımız üçün qeyd edək ki, cinayət törətmiş və ya törətməkdə təqsirləndirilən vətəndaşımıza qarşı ədalət mühakiməsinin həyata keçirilməsi üçün əvvəlcə ibtidai istintaq aparılır. Polis, Prokurorluq və digər təhqiqat-istintaq səlahiyyətlərinə malik olan orqanlar vətəndaş barəsində cinayət işi başlayaraq sübutların toplanılmasını toplanmış sübutların qiymətləndirilməsini və şəxsin törətmiş olduğu əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hansı maddəyə uyğun tövsif edilməsini həyata keçirir. Bu mərhələdə istintaq orqanı çalışır ki, barəsində cinayət işi açmış olduğu şəxsin işini məhkəməyə göndərsin və məhkəmədə həmin şəxs ittiham hökmü ilə cəza alsın. Bu məqsədə nail olmaq üçün bəzən istintaqı aparan vəzifəli şəxslər tərəfindən müəyyən prosessual pozuntulara yol verilir, təqsirləndirilən...

Ardını oxu

QANUNVERİCİLİYƏ DƏYİŞİKLİK EDİLƏRƏK XİDMƏTİ MİNİK AVTOMOBİLLƏRİNİN SAY LİMİTİ ARTIRILMIŞDIR!

25 may 2023-cü il tarixində dövlət orqanlarında nəqliyyat vasitələrindən istifadə qaydalarını tənzimləyən “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” NK Qərarına dəyişiklik edilmiş və bu barədə NK Qərar qəbul etmişdir. Dəyişikliyə əsasən AR İqtisadiyyat Nazirliyinə ayrılan xidməti minik avtomobillərinin say həddi 22-dən 27-ə qaldırılmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinə ayrılmış say həddi isə 25-dən 24-ə endirilmişdir. Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ayrılmış avtomobillərin say həddi isə 15-dən 21-ə artırılmışdır. Hazırda ən yuxarı həddə minik avtomobili limiti verilən dövlət orqanları aşağıdakılardır: Qanunvericiliyə edilən dəyişikliklər və yeniliklərlə tanış olmaq üçün...

Ardını oxu

MƏHKƏMƏ VƏKİL QONORARINA MÜDAXİLƏ EDƏ BİLƏRMİ? – “LOSER PAYS” MODELİ

Yəqin ki, hər birimiz ən azından bir dəfə hansısa şirkəti mağazanı və ya şəxsi məhkəməyə vermək, onun tərəfindən pozulmuş hüquqlarımızın bərpa edilməsini görmək istəmişik. Lakin sonra aşağıdakı səbəblərin biri və ya bir neçəsinə görə bu fikrimizdən bir çox hallarda daşınmışıq: Ərizəni kim yazacaq? Məhkəməyə kim gedəcək? Vəkil xərcləri nə qədər olacaq? Etibarnamə üçün notariusun rüsumu nə qədər olacaq? Bu işin sonunda mənə dəyən zərər ədalətli hesablanacaqmı? Məhkəmə vəkilə çəkdiyim xərcləri qarşı tərəfdən alıb mənə verəcəkmi? Bəs necə olur ki, bu qədər geniş hüquq və azadlıqlarımız olduğu halda onları tələb və müdafiə etməkdə tərəddüd edirik? Burada əsas problemlərdən biri hüquqi müdafiəyə çəkilən xərclərin...

Ardını oxu

Məhkəmədə müdafiə üsulu çox önəmlidir!

Bilindiyi kimi cinayət prosesində müdafiə taktikaları xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Ali Məhkəmənin bir sıra qərarlarını oxuyub təhlil edərkən məhkəmədə müdafiənin düzgün qurulmasının önəmini çox aydın görə bilirik. Seçdiyimiz qərarlardan birini aşağıda diqqətinizə çatdırırıq: “Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilmir, narkotik vasitə alüdəçisi olmaqla 2-ci qrup Çernobil əlilidir. Bədənində ağrıları olduğu üçün narkotik vasitə heroindən istifadə etmiş, tutulmamışdan bir həftə əvvəl yaşadığı evin yaxınlığında yerdə bir ədəd polietilen sellofan onun diqqətini cəlb etdiyi üçün onu götürüb içərisinə baxarkən içərisində bir ədəd bükümdə narkotik vasitə heroin olmuş, özü narkotik vasitə istifadə etdiyi üçün həmin bükümü özü ilə yaşadığı evə...

Ardını oxu

Facebook və İnstagramda törədilən təhqir və böhtan cinayətlərinin cəzası nədir?

Günümüz reallığında texnologiyanın inkişafı, sosial şəbəkələrin geniş yayılması və hər yaş kateqoriyasından insanların bu vasitələrdən istifadəsi həm müsbət, həm də mənfi formada öz təsirini göstərir. Aydındır ki, Instagram, Youtube, Facebook, Twitter, Tiktok kimi sosial platformalar müxtəlif məqsədlər üçün istifadə olunur. Vətəndaşların qısqanclıq, qisas, nifrət və s. səbəblərdən başqa şəxslər barədə doğru olmayan məlumatları yayması, səsləndirməsi ilə həmin şəxslərin şərəf – ləyaqətinə, nüfuzuna zərər vurması əməli cinayət məsuliyyətinə səbəb olur. Eləcə də, insanların ünvanlarına təhqirəramiz ifadələr səsləndirmək və ya söymək özü də sosial şəbəkələrdə çox rastlanılan haldır, cinayət məsuliyyətinə səbəb olur. Sosial şəbəkələrdə saxta profillərindən istifadə edilərək və ya açıq hesablarla başqa...

Ardını oxu
Sualınız var?