Hər kəs qanun qarşısında bərabərdir!
“Lex uno ore omnes alloquitur.” Latıncadan tərcümədə “qanun hamı ilə bir ağızdan danışır” mənasına gələn bu ifadə hamının qanun qarşısında bərabərliyinə əsaslanır. Mövzuya iki baxımdan yanaşma mümkündür: qanun qarşısında hüquq bərabərliyi və qanun qarşısında şəxslərin məsuliyyət (öhdəlik) bərabərliyi. Bu bloqda bərabərlik anlayışı təhlil ediləcək və Azərbaycan Qanunvericiliyindəki mövqeyi nəzərdən keçiriləcəkdir. - Bilindiyi kimi, insan dünyaya gələndə onun fundamental hüquqları da meydana gəlir və onlar dövlət tərəfindən müəyyən olunmur, sadəcə qorunur. Bu hüquqlar milliyyətindən, cinsiyyətindən, milli və ya etnik mənşəyindən, rəngindən, dinindən, dilindən və ya hər hansı digər statusdan asılı olmayaraq hər kəsə xasdır. Beləliklə, bu nəticəyə gəlinir ki, hüquqlar baxımından insanlar hansısa...
Ardını oxu