Cəzadan azad etmə kimlərə və necə tətbiq olunur? Ali Məhkəmənin son təcrübəsi (2022–2025)
Giriş Latın mənşəli “remissio poenae” termini (ingiliscə: remission of punishment) cinayət hüququ ədəbiyyatında “cəzanın bağışlanması və ya müəyyən səbəblərdən tətbiq edilməməsi” mənasını ifadə edir. Bu anlayış orta əsr Avropa hüquq sistemlərində daha çox kilsə məhkəmələri vasitəsilə formalaşmış, sonralar müasir cinayət hüququna keçmişdir. Terminoloji baxımdan remissio – “geri qaytarmaq, azad etmək”, poena isə “cəzalandırma” mənasını daşıyır. Azərbaycan hüququnda bu anlayış birbaşa “cəzanın icrasından azadetmə” və ya “cəzanın çəkilməsinin təxirə salınması” kimi tətbiq olunur. Məsələn, Cinayət Məcəlləsinin 76-cı maddəsi “cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə”, 79-cu maddəsi “hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması”, 80-1-ci maddəsi isə “zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən...
Ardını oxu