Rüşvətxorluq – ümumi anlayış və istiqamətlər
Rüşvətxorluq – Ümumi Anlayış
Rüşvətin bir cinayət əməli kimi əsrlərdir mövcud olması tarixi qaynaqlarda öz əksini tapmışdır. Azərbaycan dilinin izahlı lüğətində – öz xeyrinə olan bir iş gördürmək xatirinə hər hansı bir vəzifəli şəxsə verilən pul və ya şey – olaraq göstərilir.
Cinayət Məcəlləsində rüşvətxorluq 2 ayrı maddəni əhatə edir. Rüşvət alma (passiv rüşvətxorluq) (Maddə 311) və Rüşvət vermə (aktiv rüşvətxorluq) (Maddə 312)
Rüşvət alma dedikdə – vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi – nəzərdə tutulur.
Rüşvət vermə dedikdə isə –
Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – nəzərdə tutulur.
Məhkəmə təcrübəsi və cinayət işləri üzrə mətbuata verilən açıqlamalara əsasən, tipik rüşvət halları aşağıdakı istiqamətlərdə baş verir.
Sosial təminatlar üzrə – “
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz hərəkətləri barədə Abşeron rayonu sakininin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmışdır. Müəyyən edilmişdir ki, komissiyanın sədri Eldəniz Cahangirov rayon sakininə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi üçün ondan 500 manat məbləğində rüşvət tələb etmişdir”.
Komissiya sədri qanunsuz əməli ilə vətəndaşların hüquqlarını pozur, dövlət orqanlarına inamı sarsıdır və hüquqların mümkünsüzlüyü təsəvvürünü yaradır.
Vətəndaşların sağlamlığının qorunması (səhiyyə) üzrə –
“Fazil Əliyevin koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərin həmin xəstəxanaya yerləşdirilərək müalicə olunmaları üçün ayrı-ayrı xəstələrdən ümumilikdə 1000 ABŞ dolları və 1800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən olunub. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fazil Əliyevə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Təhsil Sahəsində –
“Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Ələkbərov Xaləddin Qasım oğlunun və həmin kollecin əyani şöbəsinin müdiri vəzifəsində işləmiş Dursunov İlqar Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
……………………….
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.