Müvəqqəti hərbi xidmətə yollanan vətəndaşın iş yerinə qayıtmaq hüququ
Məsələnin Konstituisya hüquqi aspektləri – Burada İşəgötürənin sahibkar kimi,İşçinin isə vətəndaş olaraq bir sıra hüquq və vəzifələrini qarşılıqlı təhlil və müqayisə etmək lazımdır. Konstitusiyanın 15-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 59-cu maddəsinin II hissəsinə əsasən, Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Bu normaların məzmunundan göründüyü kimi, dövlət...
Ardını oxu