Günəş panellərindən necə gəlir əldə etmək olar?
Sahibkarlar torpaq sahələrində günəş panelləri yerləşdirərək alternativ enerji mənbəyini istehsal edə və satışını həyata keçirə bilərlər. Bu halda sahibkarlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət orqanına müraciət edərək, lazımi sənədləri təqdim etməli və enerjinin istehsalı üçün icazə almalıdırlar. Bununla bağlı tərəfimizdən Azərbaycan Respublikası Energetika Nazirliyinə sorğu göndərilmişdir. Və Nazirlik tərəfindən günəş panellərinin torpaq sahəsində yerləşdirilməsi, eyni zamanda günəş panellərindən alınan enerjinin satılması üçün nəzərdə tutulan şərtlər və sənədlərin siyahısı barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin sorğumuza cavabı aşağıdakı kimi olmuşdur: “Lisenziyalar və icazələr haqqında” Azərbaaycan Respublikasının qanununa əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına...
Ardını oxu