Məqalə və təhlillər Archives - Page 6 of 8 - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(099) 984 00 00

(012) 464 80 79

Axtarış

Hər kəs qanun qarşısında bərabərdir!

Hər Kəs Qanun Qarşısında Bərabərdir!

 Hər Kəs Qanun Qarşısında Bərabərdir! “Lex uno ore omnes alloquitur.” Nədir? Latıncadan tərcümədə “qanun hamı ilə bir ağızdan danışır” mənasına gələn bu ifadə hamının qanun qarşısında bərabərliyinə əsaslanır. Mövzuya iki baxımdan yanaşma mümkündür: qanun qarşısında hüquq bərabərliyi və qanun qarşısında şəxslərin məsuliyyət (öhdəlik) bərabərliyi. Bu bloqda bərabərlik anlayışı təhlil ediləcək və Azərbaycan Qanunvericiliyindəki mövqeyi nəzərdən keçiriləcəkdir. - Bilindiyi kimi, insan dünyaya gələndə onun fundamental hüquqları da meydana gəlir və onlar dövlət tərəfindən müəyyən olunmur, sadəcə qorunur. Bu hüquqlar milliyyətindən, cinsiyyətindən, milli və ya etnik mənşəyindən, rəngindən, dinindən, dilindən və ya hər hansı digər statusdan asılı olmayaraq hər kəsə xasdır. Beləliklə, bu nəticəyə gəlinir ki,...

Ardını oxu

Kimlər şahid ola bilməz?

Kimlər şahid ola bilməzlər?

Kimlər Şahid Ola Bilməzlər?   Şahid Sözünün Mənşəyi Şahid sözü ərəb mənşəli olub, mənası bir hadisəni, əhvalatı, işi öz gözü ilə görmüş və ya görən adam deməkdir. Şahid adlandırdığımız şəxs hər hansısa hadisə ilə bağlı önəmli məlumat sahibidir və onun sahib olduğu məlumat bu hadisənin aydınlaşdırılmasında fayda verir. Qeyd edilməlidir ki, həm cinayət işlərində, həm də mülki işlərdə şahidlərin müəyyən rolu olur. Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyi Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinə görə iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Azərbaycan...

Ardını oxu

Müvəqqəti hərbi xidmətə yollanan vətəndaşın iş yerinə qayıtmaq hüququ

Hərbi xidmətə yollanan vətəndaşın işə geri qayıtması

Hərbi xidmətə yollanan vətəndaşın işə geri qayıtması     Məsələnin Konstituisya hüquqi aspektləri  Burada İşəgötürənin sahibkar kimi,İşçinin isə vətəndaş olaraq bir sıra hüquq və vəzifələrini qarşılıqlı təhlil və müqayisə etmək lazımdır. Konstitusiyanın 15-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 59-cu maddəsinin II hissəsinə əsasən Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Bu normaların məzmunundan göründüyü kimi,...

Ardını oxu

“Sahibkarların hüquqi müdafiəsində vəkillərə tələbat artıb”

Sahibkarların hüquqi müdafiəsində vəkilin rolu

Sahibkarların hüquqi müdafiəsində vəkilin rolu "Son illərdə sahibkarların fəaliyyəti ilə əlaqədar investisiya mühitinin qorunması, sahibkarlıq subyektlərinin inkişafı, onların mülki dövriyyədə iştirakında azadlığının təmin edilməsi və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi Azərbaycanda aparılan ardıcıl islahatların prioritet məqsədlərindəndir. Dəfələrlə bütün səviyyələrdə vurğulanıb ki, sahibkarlar nə qədər çox inkişaf etsə, onların fəaliyyəti nə qədər genişlənsə, dövlət büdcəsinə daxilomalar o qədər çox olar, ümumi inkişaf və yerli istehsal bütün daxili tələbatları ödəyər. Bu həm də dövlətimiz üçün bir strateji hədəfdir". Bunu Axeber.az-a açıqlamasında vəkil Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, sahibkarlıq subyektləri tərəfindən vəkillərə edilən müraciətlərdə ciddi artım var və bu istiqamətdə işgüzar mühit formalaşıb. "Hesab edirəm ki, bu müəyyən faktorlardan...

Ardını oxu

SİLAHLI MÜNAQİŞƏ HÜQUQU

SİLAHLI MÜNAQİŞƏ HÜQUQU

Silahlı Münaqişə Hüquqları Silahlı münaqişə hüququ (“SMH”) Jus in Bello və Jus ad Bellum olmaqla iki təməl kateqoriyaya ayrılır. Jus in Bello – münaqişə başladıqdan sonra dövlətlərin riayət etməli olduğu hüquqi və əxalqi qaydaları müəyyən edir. Jus ad Bellum  - hansı şərtlər daxilində silahlı qüvvələrdən istifadə haqqının yarandığını daha dəqiq desək silahlı qüvvələrdən istifadənin legitimliyini müəyyənləşdirən normalardır. Bu terminlə bu gün də müzakirəyə açıqdır, çünki kiber hücumlar və eləcə də hibrid müharibələr zamanı bu qaydaların tətbiq olunub olunmaması çoxlu suallar doğurur. SMH münaqişə sırasında aşağıdakı prinsiplərin rəhbər tutulmalı olan aşağıdakı prinsipləri müəyyən edir: Hərbi zərurət (Military Necessity) Humansitlik /Gərəksiz əzab və işgəncəyə yol verilməməsi (Humanity/Unnecessary...

Ardını oxu

Rasim Məmmədov: “Mənə kim deyə bilərdi ki, “Baku Steel Company”də yeyinti var, ya yox? “

Baku Steel Company" də Yeyinti Varmı

Baku Steel Company" də Yeyinti Varmı "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə araşdırması davam edir. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda təqsirləndirilən şəxsin vəkili Pərviz Məmmədov vəsatət qaldıraraq hazırda həbsdə olan vəkil Elçin Sadıqovun iştirakı olmadan iclasın keçirilməsinə etiraz edib: " Elçin Sadıqov bu işdə əsas vəkildir. Bütün müdafiəni onun üzərində qurmuşuq". Digər vəkil Zibeydə Sadıqova və təqsirləndirilən şəxs də vəsatəti müdafiə edib. Məhkəmə bir vəkilin iştirakını yetərli hesab edərək vəsatəti təmin etməyib. Bundan sonra təqsirləndirilən şəxs vəkillərinin suallarını cavablandırıb. Müdafiəçi ilk olaraq Rasim Məmmədovdan "Baku Steel Company"dən əvvəlki iş...

Ardını oxu

Özünü yandırmaqla etiraz necə yaranıb- Ateş İstidası nədir?

Ateş İstidası Nədir?

Ateş İstidası Nədir? Özünü yandırmaq  yolu ilə etiraz Osmanlı dövründə çox maraqlı bir zərurətdən formalaşmışdır. Cümə namazına gedən Osmanlı Sultanları çıxışda əhalinin dərtlərini şikayətlərini dinləyərmiş və yazdıqları ərizələri şikayətləri (istida adlanırmış) mühafizəçiləri vasitəsi ilə topladıb incələyərmişlər. Şikayətini Sultanın diqqətinə çatdırmaq üçün və mühafizəçilərin onlarında şikayətini görməsi üçün insanlar bir kağızı və ya keçəni təpsidə yandırıb başı üstündə tuturmuş ki, tüstü və alov ilə mühafizəçilərin diqqətini çəksin və onun da şikayətini götürüb sultana çatdırsınlar.  Zamanla məmurdan narazı olan insanlar bax alovlu bir ərizə (ateş istidası) verərəm sənin haqqında deyə onlara xəbərdarlıq etməyə başlamışlar. Bu atəşli alovlu ərizənin ən maraqlı nümunəsi 1648-ci ildə Sultan İbrahimin...

Ardını oxu

Cibinə narkotik atmağa çalışdılar – Ali Məhkəmə bəraət verdi!

Ali Məhkəmə bəraət verdi!

Ali Məhkəmə bəraət verdi! Ali Məhkəmə  Satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda  narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməli törətməkdə təqsirləndirilən şəxsə bəraət verilməsi barədə qərar qəbul etmişdir.   Qərarda qeyd edilir ki, şəxsə yaşadığı ünvan üzrə sahə müvəkkili tərəfindən telefonla zəng vurulmuş və onunla görüşmək üçün sahə müvəkkilinin yanına gəlməsi tələb edilmişdir.  Sahə müvəkkilinin yanına gəlib onunla söhbət etdikdən sonra çölə çıxmış və 150 metr getdikdən sonra 3 nəfər tanımadığı şəxs onun qollarını buraraq avtomobilə otuzdurmuş və cibinə sellofana...

Ardını oxu

İşlə tanış olmaq üçün vəkilə hər cild üçün 5 saat  vaxt verilməlidir.

Vəkilə Verilən Müddət Nədir?

Vəkilə Verilən Müddət Nədir?   Bildiyimiz kimi cinayət işlərində vəkillər iş materialları ilə tanış olarkən müəyyən vaxt məhdudiyyətləri ilə üzləşirlər.  İstintaq aparan orqan çalışır ki, vəkil mümkün qədər qısa vaxta işlə tanış olub qurtarsın ki, prosessual müddətləri pozmadan işin məhkəməyə göndərilməsinə nail olsun. Cinayə Prosessual Məcəllənin 285.4-cü maddəsində iş materialları ilə tanış olmaq üçün kifayət olan vaxt anlayışından istifadə edilir. Bəs bu kifayət olan vaxt obyketiv olaraq necə müəyyən edilməlidir? Bizim fikirmizcə burda köməyimizə yetkinlik yaşına çatmış şəxslər üçün qəbul edilmiş oxuma normaları gəlməlidir. Hasbrouck və Tindal oxuma normaları  var və həmin normalara görə  yetkinlik yaşına çatmış insanların oxuma sürəti 1 dəqiqədə 280-330 söz...

Ardını oxu

DSMF-nin  Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filialının məhkəməyə öz adından müraciət etmək hüququ yoxdur.

DSMF Məhkəmə Mübahisləri

DSMF Məhkəmə Mübahisləri   Bu barədə Ali Məhkəmənin 25.07.2022 tarixli qərarında qeyd edilmişdir. Belə ki, vətəndaş Ağdam Rayon Məhkəməsinə müraciət edərək, atasının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsi vətəndaşın ərizəsini təmin etmişdir.  Qətnamədən ƏƏSMN tabeliyində DSMF-nun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filialı şikayət verərək Ağdam Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb etmişdir. Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin qəbulundan imtina etmişdir. Məhkəmə bildirmişdir ki, Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filialı qətnamənin hüquq və vəzifələrinə toxunmasını əsaslandıra bilməmişdir. Bundan narazı qalan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filialı Ali Məhkəməyə şikayət...

Ardını oxu