Məqalə və təhlillər Archives - Page 6 of 6 - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Torpağından yol çəkilən vətəndaşa 18900 AZN kompensasiya

  Bilgəh Sumqayıt  avtomobil yolunun tikintisi  aparılarkən həmin yolun altına düşən torpaq sahəsi vətəndaşın mülkiyyətində ola-ola yolun tikintisini aparan təşkilat vətəndaşla alqı-satqı müqaviləsi bağlamadan və torpağın dəyərini ödəmədən hasarı uçuraraq yolun çəkilməsini həyata keçirir. Bu barədə məlumatı olmayan vətəndaş torpağına baxmağa gedərkən görür ki, torpağının üzərindən yol çəkiblər. Vətəndaş yolu çəkən təşkialata rəsmi müraciət edib və ona bildiriblər ki, ona dəymiş ziyan ödəniləcəkdir. Lakin sonrdan ziyan ödənilməyib. Məcbur qalan vətəndaş Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmə 5.9 sot torpağa görə cəmi 18900 manat kompensasiya ödənilməsi barədə qərar qəbul etmişdir.  Cavabdeh təşkilat  və üçüncü şəxs Maliyyə Nazirliyi qərardan apellyasiya şikayəti vermişlər lakin şikayətləri...

Ardını oxu

Nazir olacam deyərək 165 000 Dollar alan şəxsə 9 il

Səhiyyə Naziri olacam və səni Baş həkim təyin edəcəm deyərək, həkim yoldaşından 165 000 ABŞ dolları almaqla dələduzluq etmiş  şəxs barəsində Ali Məhkəmə qərar qəbul etmişdir. Baş həkim işlədiyi dövrdə Dələduzluq və (öz qulluq mövqeyindən istifadə etməklə) və rüşvət verməyə təhrik etmə cinayətlərini törətmiş şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsi 9 il azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Hökmdən narazı qalan keçmiş baş həkim barəsində çıxarılmış hökmü Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də qüvvədə saxlamışdır.   İstinad edilən qanunvericilik: Maddə 32. İştirakçılığın növləri KMQ16   32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. 32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak...

Ardını oxu

Ali Məhkəmə 190 manat birdəfəlik ödəmənin verilməsi barədə vətəndaşın xeyrinə qərar qəbul etmişdir.

Ali Məhkəmə 190 manat birdəfəlik ödəmənin verilməsi barədə vətəndaşın xeyrinə qərar qəbul etmişdir. Belə ki, nikahı ləğv edilmiş vətəndaşa 190 manatlıq ödəmənin verilməsindən imtina əsası kimi onun əslində ləğv edilmiş nikahı və əvvəllər nikahda olduğu ərinin işləməsi göstərilmişdir. Lakin vətəndaş sübut təqdim etmişdir ki, o 190 manatı almaq üçün müraciət etdiyi zaman evli deyildi və nikahı artıq ləğv edilmişdir. Vətəndaşın tələbi əsaslı hesab edilmiş və Bakı İnzibati Məhkəməsinin qərarı  iddia tələbi təmin edilərək xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar işsiz kimi qeydiyyatdan keçmiş iddiaçıya ödənilməli olan 190 manat aylıq sosial müavinətin 2020-ci ilin mart ayından başlayaraq ödənilmədiyi aylar üçün (cəmi 950...

Ardını oxu

Zəbt edilmiş torpaq mülkiyyətçisinə geri qaytarıldı.

Bakı Apellyasiya Məhkəməsində zəbt edilmiş torpaq sahəsinin boşaldılması ilə barədə Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən verilmiş şikayətə baxılmışdır. İşdə torpağı zəbt olunmuş müəssisənin hüquqları  Vəkil  Pərviz Məmmədov tərəfindən müdafiə edilmişdir. Məhkəmədə torpağın həmin müəssisəyə məxsus olması və qarşı tərəfin həmin torpaq sahəsindən bir müddət müqavilə əsasında istifadə etməsi sonradan isə müqavilənin ləğv edilməsinə baxmayaraq istifadə etməyə davam etməsi məhkəmənin diqqətinə çatdırılmış. Bununla bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci (mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər,...

Ardını oxu

Qanunsuz kredit alma yoxsa vəzifə səlahiyyətlərindən sui-istifadə?

Son dövrlərdə bir sıra cinayət işlərində Cinayət Məcəlləsinin 195-ci maddəsi ilə təqsirləndirilən şəxslərə qarşı həm də Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə ittiham irəli sürülməsi halları ilə rastlaşırıq. Ali Məhkəmə özünün bir neçə qərarında bunun  Cinayət Məcəlləsinin 17.4-cü maddəsi baxımından doğru olmadığını bildirmiş və 308-ci maddəni ittihamdan xaric etmişdir. Bildiyimiz kimi, Cinayət Məcəlləsinin 195-ci maddəsi  (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli...

Ardını oxu

Borcunu ödəməyən şirkətə qarşı ən yaxşı üsul – MÜFLİSLƏŞMƏ VƏ İFLAS İDDİASI

a

Azərbaycanda biznes subyektləri arasında məhkəmə mübahisələrinin böyük hissəsi borc öhdəliklərinə əməl edilməsi və digər ödənişlərin edilməsi ilə bağlıdır. Son illər məhkəmə sistemində aparılan islahatlar biznes mübahisələrin həllinə müəyyən dərəcədə müsbət təsir göstərsə də, borc mübahisələri ilə bağlı problemlər hələ də qalmaqdadır....

Ardını oxu

Mənimsəmə və ya israf etmə cinayəti – ÜMUMİ İSTİQAMƏTLƏR

Azərbaycan dilinin izahlı lüğətində mənimsəmək sözünə – Qanunsuz olaraq başqasının malına puluna və s. sahiblənmək, yiyələnmək kimi izah verilir. İsraf etmə sözünə isə – artıq və lazımsız yerə sərf etmək, xərcləmək, işlətmək, dağıtmaq və bununla yanaşı həm də özünə inanılıb tapşırılmış pulu, malı və digər qanunsuz olaraq öz şəxsi məqsədləri üçün xərcləmək sərf etmək olaraq izah verilir....

Ardını oxu

Rüşvətxorluq – ümumi anlayış və istiqamətlər

Rüşvətin bir cinayət əməli kimi əsrlərdir mövcud olması tarixi qaynaqlarda öz əksini tapmışdır. Türkdilli lüğətlərdən Kamusi-Türkidə (Şəmsəddin Sami (Fraşiri) “Bir məmura haqlı və ya haqsız bir iş gördürmək için verilən pul və ya hədiyyə” mənasında göstərilmişdir. Azərbaycan dilinin izahlı lüğətində - öz xeyrinə olan bir iş gördürmək xatirinə hər hansı bir vəzifəli şəxsə verilən pul və ya şey – olaraq göstərilir....

Ardını oxu

Rüşvətalma cinayətində vasitəçiliyin – ROLU VƏ XÜSUSİYYƏTLƏRİ

Rüşvətxorluq Cinayət Məcəlləsində korrupsiya cinayətləri qrupunda yer alır. Cinayət Məcəlləsində rüşvətxorluq iki maddə ilə əhatə olunur: rüşvətalma və rüşvətvermə. Rüşvətalma - vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi – deyə ifadə edilmişdir (Cinayət Məcəlləsi 311-ci maddə)....

Ardını oxu
Sualınız var?