Məqalə və təhlillər Archives - Page 2 of 7 - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Direktorun dəyişməsi şirkəti öhdəlikdən azad etmir

Direktorun dəyişməsi şirkəti öhdəlikdən azad etmir

Direktorun dəyişməsi şirkəti öhdəlikdən azad etmir 2024-cü il mayın 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin verdiyi qərara görə, şirkət rəhbərliyində baş verən dəyişikliklər şirkətin öhdəliklərinə təsir etmir. Yəni direktorun dəyişməsi şirkəti öhdəlikdən azad etmir Məhkəmə qərarına əsasən, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilə, Cavabdeh MMC-nin yeni rəhbərliyinin əvvəlki direktor tərəfindən imzalanmış müqaviləni etibarsız hesab etməsinə baxmayaraq, hüquqi qüvvədə qalır. Cavabdeh MMC, müqaviləni ləğv etmək üçün heç bir sübut təqdim etmədiyinə görə, icarə haqqını ödəmək məcburiyyətindədir. Qərara əsasən: Şirkət rəhbərinin dəyişməsi, şirkəti əvvəlki rəhbərlik dövründə bağlanmış müqavilələr üzrə öhdəliklərdən azad etmir. Şirkət rəhbəri dəyişdikdə belə, şirkət, əvvəlki rəhbər tərəfindən...

Ardını oxu

Cinayət işlərində raport sübut növü kimi – müdafiə aspekti

Cinayət işlərində raport sübut növü kimi | Müdafiə aspekti

Cinayət işlərində raport sübut növü kimi - müdafiə aspekti Raportun hüquqi statusu   Raportla bağlı formalaşmış təcrübəni araşdırdıqda görürük ki, məhkəmə qərarlarında raportlara çox az istinad olunur və raport haqqında ümumi bir məlumat qanunvericilikdə əks olunmur. Sadəcə bəzi qanunlarda raport fraqment kimi verilir.[1] Halbuki, raportlar narkotik cinayətlərinin araşdırılmasında mühüm əhəmiyyətə malikdir. Gəlin nümunəsi qeyd edilən raportu hüquqları müdafiə edilən vətəndaşın mənafeləri baxımından təhlil edək.         AB Nazirliyinin  CD İdarəsinin rəisi EF mayoru Cənab Əhməd Əhmədova     R A P O R T   Hörmətli cənab Əhməd Əhmədov!   Məruzə edirəm ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda  “Məmməd” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin...

Ardını oxu

Xuliqanlıq-Hüquqi müdafiə imkanları

Xuliqanlıq cinayət əməli

Xuliqanlıq cinayət tərkibi, ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdən ibarətdir. Bu cinayət əməli zor tətbiqi və ya əmlakın məhv edilməsi ilə müşayiət edilə bilər. 1) Xuliqanlıq cinayət tərkibinin anlayışı. Xuliqanlıq cinayət əməli kimi ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir.  Qeyd: Xırda xuliqanlıq inzibati xəta kimi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv...

Ardını oxu

Dələduzluq- Hüquqi müdafiə imkanları

Dələduzluq

Dələduzluq- Hüquqi müdafiə imkanları 1) Dələduzluq cinayətinin anlayışı.   Dələduzluq -  yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdir.    2) Dələduzluq cinayətlərinin istintaqını aparan orqan hansıdır?   AR Daxili işlər (polis) orqanları  3) Əgər dələduzluq cinayəti nəticəsində şəxsə 700 manat ziyan dəymişdirsə, bu zaman onu hansı cəza gözləyir?   500 manat - 5000 manata qədər ziyan vurulmuşdursa - şəxs 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə...

Ardını oxu

Elektron Qaimənin Hüquqi Rolu

Elektron Qaimənin Hüquqi Rolu və Mübahisələndirilməsi

Elektron Qaimənin Hüquqi Rolu və düzgün tərtib edilməsi Elektron qaimələr müasir ticarət əlaqələrində mühüm əhəmiyyət kəsb edir. Onlar satıcı tərəfindən alıcıya malların satışı və ya xidmətlərin göstərilməsi ilə bağlı məlumatların rəsmiləşdirilməsi üçün əsas vasitə kimi istifadə olunur. Lakin, Azərbaycan Respublikası məhkəmə təcrübəsinə əsasən, elektron qaimələrin düzgün tərtib edilməsi və mübahisələndirilməməsi malların və ya xidmətlərin təqdim edilməsini birbaşa təsdiq etməklə yanaşı, digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Elektron qaimənin rolu Ümumiyyətlə, elektron qaimələr, müasir ticarət əlaqələrində mühüm rol oynayır və tərəflər arasında maliyyə əməliyyatlarının rəsmiləşdirilməsində əsas vasitələrdən biridir. Satıcı tərəfindən alıcıya malların satışı və ya xidmətlərin göstərilməsi ilə əlaqədar məlumatlar elektron qaimə əsasında təqdim edilir. Elektron...

Ardını oxu

Sosial şəbəkələrdə aparılan yazışma və zənglərin əldə edilməsi mümkündürmü?

Sosial şəbəkələrdə yazışmaların əldə edilməsi

Sosial şəbəkələrdə aparılan yazışma və zənglərin əldə edilməsi mümkündürmü? Bu dəfə bizə sosial media səhifələrimizdən ən çox müraciət edilən suallardan birini cavabladıq Sosial şəbəkələrdə aparılan yazışmaların və zənglərin əldə edilməsi ilə bağlı vətəndaşlar arasında yanlış fikirlər mövcuddur. Bir çoxları düşünür ki, mobil operatora sorğu göndərməklə Whatsapp, Instagram, Telegram və digər platformalardakı yazışma və zənglərə asanlıqla çıxış əldə etmək mümkündür. Azercell-in rəsmi cavabı isə bu məsələyə aydınlıq gətirir və belə bir imkanın texniki cəhətdən mümkün olmadığını vurğulayır. Bəzən vətəndaşlarda belə bir fikir yaranır ki, istənilən işdə mobil operatora sorğu ünvanlayaraq Whatsapp, Instagram, Telegram və s. tətbiqlərdə aparılan yazışmaları əldə etmək mümkündür. Bununla bağlı...

Ardını oxu

Azparkinqdən kimlər ödənişsiz istifadə edə bilər?

Azparkinqdən kimlər ödənişsiz istifadə edə bilər

Parklanma yerləri. Azparkinqdən kimlər ödənişsiz istifadə edə bilər? Son günlərdə ödənişli parklanma yerlərindən istifadə olduqca aktualdır. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə ərazisində parklanma yerləri yaradılmış və zonalar üzrə tariflər müəyyən edilmişdir. Ödənişlərin sistemliliyini və rahatlığını təmin etmək məqsədilə Azparkinq sistemi istifadəyə verilmişdir. Vətəndaşları maraqlandıran əsas suallardan biri budur. Parkinq yerlərinin yaxınlığında yaşayan sakinlərin, həmçinin bu ərazidə fəaliyyət göstərən müəssisələrdə çalışan işçilər ödəniş etməlidirmi? Parkinq xərci. Məsələnin bu aspektdən tənzimlənməsi olduqca vacibdir. Çünki parklanma yerləri kimi nəzərdə tutulmuş ərazilərdə fəaliyyət göstərən iş yerlərinin işçiləri həmin parklanma yerlərindən uzun müddət istifadə etməli olurlar. Bu da onlar üçün olduqca yüksək xərclərə səbəb olur. Mövcud...

Ardını oxu

Dövlət qurumlarından sorğumuza cavab

DÖVLƏT QURUMLARINDAN SORĞUMUZA CAVAB

Dövlət qurumlarından sorğumuza cavab Avansla bağlı məsuliyyət. Dövlət qurumlarından sorğumuza cavab gəldi Daha əvvəl idxalçı şirkətlərin avans problemi ilə bağlı blog yazımızı sizinlə paylaşmışdıq. AR İXM-nin 430.4-cu maddəsində avans məbləği ödəndikdən sonra malın idxal olunmamasına görə məsuliyyət müəyyən edilmişdir. Normanın məzmunundan da aydın olduğu kimi, hüquqi və fiziki şəxslərə xarici ölkələrdə olan tərəfdaşlarına avans qismində pul köçürdükdən sonra 2 il ərzində həmin malların (xidmətlərin) idxalını təmin etməli və ya pul vəsatini geri öz bank hesablarına qaytarmalıdırlar. Lakin məsələ ilə bağlı bəzi sual doğuran məqamlar var. “İdxal” anlayışı. Belə ki, Gömrük Məcəlləsinə əsasən, mallar ölkəyə daxil olduqdan sonra gömrük anbarı rejimində 3 il saxlanıla...

Ardını oxu

Elektrik şarj stansiyaları ilə bağlı sorğumuza cavab verildi

elektrik şarj stansiyaları

Elektrik şarj stansiyaları ilə bağlı sorğumuza cavab verildi Hazırda bir sıra üstünlüklərinə görə elektrik enerjisi ilə çalışan avtomobillərə tələbat getdikcə artmaqdadır. Bu avtomobillərin ətraf mühitə daha az zərər verməsi, yanacağa qənaət etməsi və uzunmüddətli perspektivdə daha sərfəli olması elektriklə işləyən avtomobillərin geniş yayılmasına səbəb olur. Bu da şəhərin müxtəlif məntəqələrində elektrik doldurma məntəqələrinin, başqa sözlə, şarj stansiyalarının fəaliyyət göstərməsini zəruri edir. Elektrik avtomobillərinin sürətli inkişafı ilə bağlı olaraq bu tip stansiyalara olan tələbat gündən-günə artmaqdadır. Lakin, belə stansiyaların tikintisi və fəaliyyəti müəyyən hüquqi və texniki tələbləri nəzərə almağı tələb edir. Bəs elektrik şarj stansiyaları tikintisi və fəaliyyəti ilə bağlı tələblər nələrdir? Bununla bağlı...

Ardını oxu

MƏRKƏZİ BANK İNVESTİSİYA FONDLARI BARƏDƏ SORĞUMUZA CAVAB VERMİŞDİR

MƏRKƏZİ BANK İNVESTİSİYA FONDLARI BARƏDƏ SORĞU

MƏRKƏZİ BANK İNVESTİSİYA FONDLARI BARƏDƏ SORĞUMUZA CAVAB VERMİŞDİR İnvestisiya mühitinin araşdırılması çərçivəsində Mərkəzi Bank investisiya fondları barədə sorğu ilə yanaşı, hüquqi rəyin formalaşdırılması məqsədilə bir sıra dövlət orqanlarına da rəsmi sorğular göndərilir və cavablar təhlil edilir. Göndərilən sorğu Bu araşdırma çərçivəsində tərəfimizdən ölkədə fəaliyyət göstərən investisiya fondları barədə məlumat almaq üçün Mərkəzi Banka sorğu ünvanlanmışdır. Sorğuda hazırda fəaliyyət göstərən investisiya fondlarının sayı və portfel həcmləri barədə məlumat verilməsi xahiş olunmuşdur. Mərkəzi Banka İnvestisiya Fondları ilə Bağlı Sorğu Göndərilməsi Sorğuya əlavə olaraq, fondların investisiya istiqamətləri, fəaliyyət göstərdikləri coğrafi bölgələr, əsas prioritetləri, eləcə də idarə olunan aktivlərin sektorlar üzrə paylanması haqqında ətraflı məlumatların təqdim edilməsi də xahiş edilmişdir...

Ardını oxu
Sualınız var?