PODRATLA BAĞLI MÜBAHİSƏLƏRDƏ HANSI SÜBUTLAR İSTİFADƏ OLUNA BİLƏR?
Ali Məhkəmə kommersiya mübahisəsinə baxaraq “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi üzrə 1.160.983,23 manat məbləğində işlərin görülməsinə görə ödənilməmiş 545.564,20 manat borcun, 410 manat mediasiya xərcinin, 370 manat dövlət rüsumunun həmin işləri icra etmiş şirkətə ödənilməsi barədə qərar qəbul etmişdir.
Sübut qismində müqavilə, elektron qaimələr və işlərin görülməsinə dair aktlar məhkəmədə araşdırılmış və iddiaçı şirkətin tələbinin əsaslı olması müəyyən edilmişdir.
Şirkətlər əksər hallarda işin təsdiq aktlarına səhlənkar yanaşır və yalnız e-qaimələrlə tələblərini sübut etməyə çalışır.
Bu cür səhlənkarlıq, xüsusilə də kommersiya mübahisələrində, şirkətlərin iddialarının zəifləməsinə səbəb olur. İşin görülməsinə dair aktlar, məhkəmə baxışında ən əsas...
Ardını oxu