Zəbt edilmiş torpaq mülkiyyətçisinə geri qaytarıldı. - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Zəbt edilmiş torpaq mülkiyyətçisinə geri qaytarıldı.

Bakı Apellyasiya Məhkəməsində zəbt edilmiş torpaq sahəsinin boşaldılması ilə barədə Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən verilmiş şikayətə baxılmışdır.

İşdə torpağı zəbt olunmuş müəssisənin hüquqları  Vəkil  Pərviz Məmmədov tərəfindən müdafiə edilmişdir.

Məhkəmədə torpağın həmin müəssisəyə məxsus olması və qarşı tərəfin həmin torpaq sahəsindən bir müddət müqavilə əsasında istifadə etməsi sonradan isə müqavilənin ləğv edilməsinə baxmayaraq istifadə etməyə davam etməsi məhkəmənin diqqətinə çatdırılmış. Bununla bağlı sənədlər məhkəməyə təqdim edilmişdir.

Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci (mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.)

157.8-ci ( Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.)

157.2-ci (Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.)

157.4-cü (Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.)

164.2-ci ( Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.)

maddələri məhkəmənin diqqətinə çatdırılmış və iddiaçının xeyrinə qərar qəbul edilməsi xahiş edilmişdir.

Bakı Kommersiya Məhkəməsi iddianı təmin edərək zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul etmişdir.

Həmin qətnamədən verilmiş apellyasiya şikayəti də təmin edilməmiş və qətnamə qüvvədə saxlanılmışdır.