Qanunsuz kredit alma yoxsa vəzifə səlahiyyətlərindən sui-istifadə? - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Qanunsuz kredit alma yoxsa vəzifə səlahiyyətlərindən sui-istifadə?

Son dövrlərdə bir sıra cinayət işlərində Cinayət Məcəlləsinin 195-ci maddəsi ilə təqsirləndirilən şəxslərə qarşı həm də Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə ittiham irəli sürülməsi halları ilə rastlaşırıq.

Ali Məhkəmə özünün bir neçə qərarında bunun  Cinayət Məcəlləsinin 17.4-cü maddəsi baxımından doğru olmadığını bildirmiş və 308-ci maddəni ittihamdan xaric etmişdir.

Bildiyimiz kimi, Cinayət Məcəlləsinin 195-ci maddəsi  (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda (50 000 manatdan çox 200 000 manatdan artıq olmayan məbləğdə)  ziyan vurması halında cinayət törətmiş şəxsin məsuliyyətini nəzərdə tutur.

Lakin ittiham tərəfi bu maddədən əlavə şəxsin əməlini həm də 308-ci maddə ilə (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) tövsif edir.

Bu halda şəxs bir əmələ görə faktiki olaraq 2 cinayəti törətməkdə ittiham olunur və onun vəziyyəti ağırlaşır. Bu hal isə öz növbəsində Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə (Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur) ziddir.

 

Barəsində anoloji olaraq ittiham irəli sürülmüş şəxslər bu məsələdə diqqətli olmalı bunu həm ittiham tərəfinin həm də məhkəmənin diqqətinə çatdırıb öz hüquqlarının pozulmasının qarşısın ala bilərlər.

Sualınız var?