Xuliqanlıq İşlərində Cinayət Törətmiş Şəxslərin Həbsi
İcraatımızda olan xuliqanlıq işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi şəxsin barəsində həbs qətimkan tədbiri seçməkdən imtina etmişdir və bunu məhkəmə təcrübəsinin bu istiqamətdə formalaşması ilə əsaslandırmışdır.
Bundan sonra tərəfimizdən Bakı, Şəki, Şirvan, Sumqayıt və Gəncə Apellyasiya məhkəmələrinə bu barədə sorğu göndərilmişdir. Sorğuya Şəki və Şirvan Apellyasiya məhkəmələri cavab vermiş digər məhkəmələrin cavabı bizə gəlib çatmamışdır.
Şirvan Apellyasiya Məhkəməsi aşağıdakı cavabı vermişdir:
“Sizin Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş 03.02.2022-ci il tarixli 0859/3101123 saylı sorğunuza əsasən bildiririk ki, 2020-2022 ci illərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş apellyasiya şikayəti və ya protestlərinə baxılması nəticələri aşağıda göstərilən cədvələ uyğun olmuşdur:
İllər | Daxil olmuş işlər | Qüvvə | Ləğv |
2020 | 5 | 3 | 2 |
2021 | 12 | 8 | 4 |
2022 | 6 | 5 | 1 |
”
Şəki Apellyasiya Məhkəməsi aşağıdakı cavabı vermişdir:
“Sizin 23.12.2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş sorğunuza əsasən 2020-2022-ci illərdə Azərbaycan Respublikası CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlardan verilmiş apellyasiya şikayəti və ya apellyasiya protestlərinə baxılması nəticələri aşağıda göstərilən cədvələ uyğun olmuşdur:
İllər | Cəmi daxil olan işlər | Qüvvə | Ləğv |
2020 | 5 | 3 | 2 |
2021 | 3 | 3 | 0 |
2022 | 4 | 3 | 1 |
”