Qanunsuz Kredit Almağın Cəzası

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Qanunsuz kredit alma yoxsa vəzifə səlahiyyətlərindən sui-istifadə?

Qanunsuz Kredit Almağın Cəzası

Qanunsuz Kredit Almağın Cəzası

Son dövrlərdə bir sıra cinayət işlərində Cinayət Məcəlləsinin 195-ci maddəsi ilə təqsirləndirilən şəxslərə qarşı həm də Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə ittiham irəli sürülməsi halları ilə rastlaşırıq.

Ali Məhkəmə özünün bir neçə qərarında bunun  Cinayət Məcəlləsinin 17.4-cü maddəsi baxımından doğru olmadığını bildirmiş və 308-ci maddəni ittihamdan xaric etmişdir.

Bildiyimiz kimi, Cinayət Məcəlləsinin 195-ci maddəsi

(Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda (50 000 manatdan çox 200 000 manatdan artıq olmayan məbləğdə)  ziyan vurması halında cinayət törətmiş şəxsin məsuliyyətini nəzərdə tutur.

Vəzifədən Sui-İstifadə

Lakin ittiham tərəfi bu maddədən əlavə şəxsin əməlini həm də 308-ci maddə ilə (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) tövsif edir.

Nəticə

Bu halda şəxs bir əmələ görə faktiki olaraq 2 cinayəti törətməkdə ittiham olunur və onun vəziyyəti ağırlaşır. Bu hal isə öz növbəsində Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə (Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur) ziddir.

 

…………………………..

Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

Sualınız var?