Qanunsuz Krediti Alanları Nələr Gözləyir ?

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Qanunsuz kredit alsanız, sizi nə gözləyir?

Qanunsuz Krediti Alanları Nələr Gözləyir ?

Qanunsuz Krediti Alanları Nələr Gözləyir ?

Müasir dövrümüzdə kreditlər həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. İstər biznes, istərsə də şəxsi istehlak kreditləri vətəndaşların və sahibkarların işini xeyli asanlaşdırır. Hər bir böyüyən iqtisadiyyatda banklar və digər kredit təşkilatları verdikləri kreditlər hesabına iqtisadiyyatın sürətli böyüməsinə töhfə verirlər.

Azərbaycan Respublikası da öz iqtisadiyyatını stimullaşdırmaq üçün bir sıra güzəştli kredit layihələri həyata keçirməkdədir. Bu layihələrin əsas məqsədi dövlət vəsaiti hesabına sahibkarlara güzəştli kreditlər verməkdir. Beləliklə də, iqtisadi böyüməyə fayda vermək mümkündür. Sözügedən layihələrin öz məqsədlərinə çatması üçün başlıca şərt verilən kreditlərin təyinatları üzrə istifadəsini təmin etməkdir. Belə ki, verilən kreditlər dövlət büdcəsi və vətəndaşların depozitləri hesabına formalaşır. Elə buna görə d,ə bu sahədəki hər hansı uyğunsuzluq bank sektorunu ciddi təzyiq altında qoya bilər.

Sözü gedən əməllərin qarşısının alınması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195-ci maddəsi ilə qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə əməlləri kriminallaşdırılmışdır. Təbii ki, biz vəkil olaraq daim vətəndaşın yanındayıq və mümkün qədər vətəndaşın vəziyyətini yaxşılaşdırmağa çalışırıq. Elə sonuncu işimizdə də müdafiə elədiyimiz şəxs Cinayət Məcəlləsinin 195 və 308-ci maddələri ilə ittiham olunmuşdur. Apardığımız uğurlu müdafiə taktikası nəticəsində vətəndaş 308-ci maddə üzrə bəraət almış və 195-ci maddə üzrə isə sadəcə dəymiş zərəri ödəyərək azadlığa çıxmışdır.

Bu kimi vəziyyətlərdə vətəndaşın üzərinə düşən əsas vəzifə ilk növbədə kredit təşkilatına öz maliyyə vəziyyəti haqqında doğru informasiya verməkdir. Bu məlumatlar kredit təşkilatında sizin ödəniş qabiliyyətiniz haqqında düzgün təsəvvür yaradacaqdır.

İkinci məsələ isə kreditin təyinatının düzgün rəsmiləşdirilməsidir. Məsələn, siz əgər krediti kənd təsərrüfatı sahəsində istifadə edəcəksinizsə, onda onu şəxsi istehlak krediti kimi rəsmiləşdirməməlisiniz.

Ancaq bunu da qeyd etmək lazımdır ki, kreditin təyinatının qəsdən yanlış göstərilməsi təkbaşına sizin cinayət məsuliyyətinə cəlb edilməyinizə imkan vermir. Sizin banka vurduğunuz zərər ən az 50000 manat və ya ondan yuxarı olmalıdır. Amma bu bizim krediti ödəməkdən imtina etməyimiz ilə müşayiət olunmalıdır. Əgər biz krediti vaxtında ödəyəriksə, onda cinayət məsuliyyətindən yox, mülki məsuliyyətdən söhbət gedə bilər.

Hansı məsələlərə diqqət yetirmək lazımdır?

  1. Öz risklərinizi düzgün qiymətləndirin
    Maliyyə hesabatlarınızı ciddi formada tərtib edin. Banklara hesabatlarınızı təqdim edərkən oradakı məlumatların doğruluğunda tam olun.
  2. Təyinatı olduğu kimi rəsmiləşdirin
    Banklara krediti nəyə xərcləyəcəyiniz haqqında dürüst məlumat verin ki, sonradan məhkəməlik olmayasınız.
  3. Ödənişləri vaxtında həyata keçirin. ən azından yığılmış ümumi borcun 50000 manatı keçməsinə icazə verməyin
    Yalnız borcunuz 50 000 manatı keçdikdə sizi cinayət məsuliyyətinə cəlb etmək olar. Ona görə də buna xüsusi diqqət verin.

İstintaq zamanı yol verilən bəzi xətalar

Cinayət Məcəlləsinin 195-ci maddəsinə baxdığımız zaman aydın olur ki, bu cinayəti törədən şəxslər hökmən vəzifəli şəxslər olurlar. Adətən vəzifəli şəxs sözünü eşidəndə vətəndaşların ağlına sadəcə dövlət məmurları gəlsə də, vəzifəli şəxs anlayışı təkcə dövlət qulluqçularını yox, eyni zamanda şirkət direktorlarını, səhmdarları və s. də ehtiva edir. Bir çox hallarda ittiham tərəfi 195-ci maddə ilə ittiham olunan şəxsləri eyni zamanda Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə də ittiham edir.

Bu məsələdə Ali Məhkəmənin qoyduğu hüquqi mövqe ondan ibarətdir ki, ittihamın bu cür formalaşdırılması düzgün deyil. Çünki 195-ci maddənin özü vəzifə səlahiyyətlərindən orada göstərilən məqsədlərlə sui-istifadə etməklə törədilir. Baxmayaraq ki, əməl 308-ci maddənin əlamətlərini özündə əks etdirir, 195-ci maddə onun xüsusi bir növü kimi başa düşülür və sizə ittiham yalnız bu maddə ilə verilməlidir. Qeyd edək ki, belə hallarla rastlaşan vətəndaşlar 308-ci maddənin ittihamdan çıxarılmasını tələb etməlidir.

Yekunda onu nəzərinizə çatdırmaq istəyirik ki, müdafiə taktikasını düzgün qurmaqla və vaxtında peşakar hüquqi yardım əldə etməklə siz öz hüquqi vəziyyətinizi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz.

……………………………

✔Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

Sualınız var?