Qanun layihəsinə hansı sənədlər əlavə edilməlidir? - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Qanun layihəsinə hansı sənədlər əlavə edilməlidir?

Normayaratma proseslərini iştirak etmək və qanunların qəbulu zamanı aparılan müzakirələr və istifadə edilən rəylərlə tanış olmaq hüquqşünasa öz fəaliyyətini daha düzgün qurmağa və vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməyə şərait yaradır.

Bildiyimiz kimi, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 48.2-ci maddəsinə əsasən, normayaratma orqanına təqdim edilən normativ hüquqi aktın layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə edilir:

  • müşayiət məktubu, normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayış (müvafiq layihələr əlavə olunmaqla (olduğu halda))və normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması;
  • normativ hüquqi aktın layihəsinin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;
  • normativ hüquqi aktın layihəsinə dair ekspert rəyləri;
  • normativ hüquqi aktın layihəsini hazırlamış şəxslərin siyahısı;
  • normativ hüquqi aktın layihəsinə aid digər sənədlər (layihəni təqdim edən subyektin qərarına əsasən

Həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 48.3-cü maddəsinə əsasən, normativ hüquqi aktın qəbul olunması zərurətinin əsaslandırılmasına aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:

  • normativ hüquqi aktın layihəsinin hazırlanmasının məqsədləri, onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementlərinin hüquqi tənzimləmə predmeti;
  • Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş materialların, normativ hüquqi aktın layihəsinin hüquqi tənzimləmə predmetinə dair fiziki və hüquqi şəxslərin müraciətlərinin aparılmış təhlili;
  • normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması;
  • normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının (onların struktur elementlərinin) siyahısı.

Bu baxımdan 11.10.2022-ci il tarixində layihəsi dərc edilmiş, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsinə dair ekspert rəyləri, bununla bağlı Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş materialların, normativ hüquqi aktın layihəsinin hüquqi tənzimləmə predmetinə dair fiziki və hüquqi şəxslərin müraciətlərinin aparılmış təhlili və həmin normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması barədə məlumatların surətlərinin bizə təqdim olunması barədə Azərbaycan Respublikası Milli Məclisinə informasiya sorğusu ünvanlamışıq.

Sorğuya verilən cavab aşağıdakı kimidir:

“Sizin Azərbaycan Respublikasının Milli Məclisinə daxil olmuş 2022-ci il 25 oktyabr tarixli M-9946AP nömrəli müraciətinizə cavab olaraq bildiririk ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinə Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur.

Nəzərə almağınızı xahiş edirik.”

Bizimlə əlaqə üçün : +994 50 224 85 05