Barəsində Qətimkan Tədbiri Almış Şəxs

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Barəsində qətimkan tədbiri seçilmiş şəxs ölkəni tərk edə bilərmi?

Barəsində Qətimkan Tədbiri Almış Şəxs

Barəsində Qətimkan Tədbiri Almış Şəxs Ölkəni Tərk Edə Bilərmi?

 

Cinayət işlərində təqsirləndirilən şəxsləri müdafiə edərkən, bir sıra hallarda hüquq-mühafizə orqanları əsassız olaraq barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdən azad edilməsinə və alternativ qətimkan tədbirlərinin seçilməsinə etiraz edir. Belə ki, bu halda onların ölkəni tərk etmək ehtimalı olduğunu əsas gətirir. Qeyd edək ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək vətəndaşların ölkədən getmək hüququ məhdudlaşdırılır. Buradan da aydın olur ki, şəxs barəsində həbs qətimkan tədbiri əvəzinə, həmçinin ev dustaqlığı, polisin nəzarəti altına vermə, və s. alternativ qətimkan tədbirlirinin seçilməsi mümkündür, bu hallarda da vətəndaşın ölkədən getməyi məhdudlaşdırılır. Barəsində qətimkan tədbiri seçilmiş şəxslərin ölkə ərazisini tərk etməsinin mümkün olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə tərəfimizdən informasiya sorğusu ünvanlanmışdır.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin cavabı aşağıdakı kimi olmuşdur:

“Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanladığınız ərizəyə aidiyyəti üzrə baxılmışdır.

Dövlət sərhədindən hərəkət edən şəxslərin Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə tətbiq edilmiş məhdudiyyət barədə məlumatlar məhkəmə və hüquq mühafizə orqanlarının müvafiq sorğuları əsasında cavablandırılır.”

…………………………

Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

Sualınız var?