Qanun layihəsinə hansı sənədlər əlavə edilməlidir?
Qanun layihəsinə hansı sənədlər əlavə edilməlidir?
Normayaratma proseslərini iştirak etmək və qanunların qəbulu zamanı aparılan müzakirələr və istifadə edilən rəylərlə tanış olmaq hüquqşünasa öz fəaliyyətini daha düzgün qurmağa və vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməyə şərait yaradır.
Bildiyimiz kimi, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 48.2-ci maddəsinə əsasən, normayaratma orqanına təqdim edilən normativ hüquqi aktın layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə edilir:
- normativ hüquqi aktın layihəsinin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;
- normativ hüquqi aktın layihəsinə dair ekspert rəyləri;
- normativ hüquqi aktın layihəsini hazırlamış şəxslərin siyahısı;
- normativ hüquqi aktın layihəsinə aid digər sənədlər (layihəni təqdim edən subyektin qərarına əsasən
Həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 48.3-cü maddəsinə əsasən, normativ hüquqi aktın qəbul olunması zərurətinin əsaslandırılmasına aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
- normativ hüquqi aktın layihəsinin hazırlanmasının məqsədləri, onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementlərinin hüquqi tənzimləmə predmeti;
- Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş materialların, normativ hüquqi aktın layihəsinin hüquqi tənzimləmə predmetinə dair fiziki və hüquqi şəxslərin müraciətlərinin aparılmış təhlili;
- normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması;
- normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının (onların struktur elementlərinin) siyahısı.
Cinayət Məcəlləsində Dəyişikliklər
Bu baxımdan 11.10.2022-ci il tarixində layihəsi dərc edilmiş, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsinə dair ekspert rəyləri, bununla bağlı Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş materialların, normativ hüquqi aktın layihəsinin hüquqi tənzimləmə predmetinə dair fiziki və hüquqi şəxslərin müraciətlərinin aparılmış təhlili və həmin normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması barədə məlumatların surətlərinin bizə təqdim olunması barədə Azərbaycan Respublikası Milli Məclisinə informasiya sorğusu ünvanlamışıq.
Sorğuya verilən cavab aşağıdakı kimidir:
“Sizin Azərbaycan Respublikasının Milli Məclisinə daxil olmuş 2022-ci il 25 oktyabr tarixli M-9946AP nömrəli müraciətinizə cavab olaraq bildiririk ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinə Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur.
Nəzərə almağınızı xahiş edirik.”
……………………
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.