MƏRKƏZİ BANK İNVESTİSİYA FONDLARI BARƏDƏ SORĞUMUZA CAVAB VERMİŞDİR - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

MƏRKƏZİ BANK İNVESTİSİYA FONDLARI BARƏDƏ SORĞUMUZA CAVAB VERMİŞDİR

İnvestisiya mühitinin araşdırılması çərçivəsində hüquqi rəyin formalaşdırılması ilə yanaşı bir sıra dövlət orqanlarına da rəsmi sorğular göndərir və müxtəlif mövzular barədə mövqelərini də əldə edərək öz rəyimizə əlavə edirik.

Bu araşdırma çərçivəsində tərəfimizdən ölkədə fəaliyyət göstərən investisiya fondları barədə məlumat almaq üçün Mərkəzi Banka sorğu ünvanlanmışdır.

Sorğuda hazırda fəaliyyət göstərən investisiya fondlarının sayı və portfel həcmləri barədə məlumat verilməsi xahiş olunmuşdur.

Mərkəzi Bank tərəfindən 13 sentyabr 2023-cü il tarixdə sorğumuza cavab verilmiş və bildirilmişdir ki, hazırda ölkədə lisenziya əsasında fəaliyyət göstərən investisiya fondu mövcud deyildir.

İqtisadiyyatın müxtəlif sektorları ilə bağlı apardığımız hüquqi araşdırmalarla tanış olmaq üçün saytımızı izləyin.

Bizimlə əlaqə üçün: +994502248505