Dövlət qurumlarından sorğumuza cavab - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Dövlət qurumlarından sorğumuza cavab

DÖVLƏT QURUMLARINDAN SORĞUMUZA CAVAB

Avansla bağlı məsuliyyət. Dövlət qurumlarından sorğumuza cavab gəldi Daha əvvəl idxalçı şirkətlərin avans problemi ilə bağlı blog yazımızı sizinlə paylaşmışdıq. AR İXM-nin 430.4-cu maddəsində avans məbləği ödəndikdən sonra malın idxal olunmamasına görə məsuliyyət müəyyən edilmişdir. Normanın məzmunundan da aydın olduğu kimi, hüquqi və fiziki şəxslərə xarici ölkələrdə olan tərəfdaşlarına avans qismində pul köçürdükdən sonra 2 il ərzində həmin malların (xidmətlərin) idxalını təmin etməli və ya pul vəsatini geri öz bank hesablarına qaytarmalıdırlar. Lakin məsələ ilə bağlı bəzi sual doğuran məqamlar var.

“İdxal” anlayışı. Belə ki, Gömrük Məcəlləsinə əsasən, mallar ölkəyə daxil olduqdan sonra gömrük anbarı rejimində 3 il saxlanıla bilir. Bəs bu rejimdə saxlanılan mallar idxal olunan mallar hesab edilirmi?

Məsələ ilə bağlı aidiyyatı qurumlara – Mərkəzi banka və Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq.

Mərkəzi bankın cavabı. Sorğumuza Mərkəzi Bankdan verilən cavabda bildirilir ki, qanunvericilikdə “idxal” anlayışına izah verilməmiş və malların gömrük proseduru altında yerləşdirilərkən idxal edilmiş hesab olunması məsələsi qanunvericiliklə tənzimlənməmişdir.

Beləliklə Mərkəzi Bank idxal anlayışının verilməməsini əsas gətirərək gömrük anbarı rejimində saxlanılan mallara dair sənədləri idxal sənədi kimi qəbul etmir və bu mallara münasibətdə cərimə tətbiq edir.

Dövlət Gömrük Komitəsinin cavabı. Dövlət Gömrük Komitəsinə ünvanladığımız analoji sorğuya cavab olaraq isə bildirilmişdir ki, “malların idxalı”nın mahiyyətinə gömrük qanunvericiliyində hər hansı anlayış verilməmişdir. Lakin qanunvericilikdə “idxal” malların hər hansı məqsədlə ölkəyə gətirilməsi mənasını ifadə edir. Bu səbəbdən mallar ölkə ərazisinə gətirilən zaman gömrük sərhədini keçdiyi andan etibarən idxal olunmuş mallar hesab olunur.

Dövlət qurumlarından sorğumuza cavabdan belə nəticəyə gəlmək olar ki, gömrük anbarında saxlanılan mallar da idxal edilmiş mallar hesab olunur və bu mallara münasibətdə 430.4-cü maddəyə əsasən cərimə tətbiq edilməməlidir.

Beləliklə, hazırda Mərkəzi Bank tərəfindən yuxarıdakı halla qarşılaşan sahibkarlara münasibətdə cərimənin tətbiqi əsassızdır və sahibkarlar bu kimi hallarda məsələni mübahisələndirə bilərlər.

Bu dəfəki yazımız “Dövlət qurumlarından sorğumuza cavab” mövzusunda idi. Bu tipli hüquqi problemlərlə qarşılaşdıqda hüquqlarınızın müdafiəsi üçün bizə müraciət edə bilərsiniz.

Bizimlə əlaqə:

+99450 224 85 05 | +99412 464 80 79

Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə

Bizi izləyin:

LinkedIn: www.linkedin.com/in/parvizmammadovaz

Instagram: www.instagram.com/parvizmammadov.az

Telegram: t.me/mammadovparviz

Sualınız var?