Məhkəmədə müdafiə üsulu çox önəmlidir! - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Məhkəmədə müdafiə üsulu çox önəmlidir!

Bilindiyi kimi cinayət prosesində müdafiə taktikaları xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Ali Məhkəmənin bir sıra qərarlarını oxuyub təhlil edərkən məhkəmədə müdafiənin düzgün qurulmasının önəmini çox aydın görə bilirik. Seçdiyimiz qərarlardan birini aşağıda diqqətinizə çatdırırıq:

Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilmir, narkotik vasitə alüdəçisi olmaqla 2-ci qrup Çernobil əlilidir. Bədənində ağrıları olduğu üçün narkotik vasitə heroindən istifadə etmiş, tutulmamışdan bir həftə əvvəl yaşadığı evin yaxınlığında yerdə bir ədəd polietilen sellofan onun diqqətini cəlb etdiyi üçün onu götürüb içərisinə baxarkən içərisində bir ədəd bükümdə narkotik vasitə heroin olmuş, özü narkotik vasitə istifadə etdiyi üçün həmin bükümü özü ilə yaşadığı evə gətirib tərəzidə çəkib onu istifadə etmək məqsədi ilə 2 ədəd ayrı-ayrı sellofan bükümlərə ayıraraq tərəzi ilə birlikdə yataq otağındakı çarpayının üzərində olan döşəyin altında gizlətmişdir.

04 fevral 2021-ci ildə saat 11 radələrində yaşadığı evdə olarkən şəhər polis şöbəsinin əməkdaşları evinə gələrək özlərini təqdim edib yaşadığı evdə narkotik vasitələr gizlətməsi ilə bağlı məlumat olduğunu bildirib evinə baxış keçirəcəklərini bildirmiş, onun heç bir etirazı olmadan özünün və hal şahidlərinin iştirakı ilə evinə baxış keçirilmiş, baxışdan əvvəl polis əməkdaşlarına yaşadığı evin yataq otağında döşəyin altında narkotik vasitə olduğunu demiş, polis əməkdaşları həmin yataq otağındakı çarpayının üzərindəki döşəyin altına baxdıqda oradan bir ədəd sellofan torbanın içərisindən 2 ədəd içərisində narkotik vasitə heroin olan kiçik bükümlər və bir ədəd elektron tərəzi aşkar edərək götürmüş, sorğu-sual zamanı həmin narkotik vasitəni evinin yaxınlığından tapdığını bildirmişdir.

Aşkar olunmuş tərəzi barədə məhkum bildirmişdir ki o Çernobıl əlilidir və hepatit C və spid xəstəsi olduğundan narkotik vasitəni təmiz şəkildə qəbul edə bilmir, ona kofein və digər narkotik vasitələrin təsirini azaldacaq qoşqular qoşmaqla qəbul edir, buna görə də elektron tərəzidən istifadə edir.

Bu qərardan aydın olur ki, məsələn, vətəndaşların öz xəstəliklərindən məharətlə istifadə etməsi nəticədə məhkəmə qərarının ləğvinə də səbəb ola bilir.

Bizimlə əlaqə üçün :  +994 50 224 85 05