II DƏRƏCƏ ƏLİL VƏTƏNDAŞ ALİ MƏHKƏMƏDƏ DÖVLƏT TİBBİ-SOSİAL EKSPERTİZA VƏ REABİLİTASİYA AGENTLİYİNƏ QALİB GƏLDİ - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

II DƏRƏCƏ ƏLİL VƏTƏNDAŞ ALİ MƏHKƏMƏDƏ DÖVLƏT TİBBİ-SOSİAL EKSPERTİZA VƏ REABİLİTASİYA AGENTLİYİNƏ QALİB GƏLDİ

Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, Hazırki mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindənmüəyyən olunmuş hallarından görünür ki, iddiaçının xəstəlik diaqnozu ilk əlillik təyinatı tarixindən dəyişməmiş, həmin dövr ərzində əlilliyin təyin olunmasını istisna edən hər hansıyüngülləşmə müəyyən olunmamışdır.
Məhkəmə kollegiyası bir daha xüsusilə vurğulayır ki, cavabdeh hər bir halda əlilliyinmüəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur.

#law #lawyer #disability #social

Bizimlə əlaqə üçün: 050 224 85 05