II DƏRƏCƏ ƏLİL VƏTƏNDAŞ ALİ MƏHKƏMƏDƏ DÖVLƏT TİBBİ-SOSİAL EKSPERTİZA VƏ REABİLİTASİYA AGENTLİYİNƏ QALİB GƏLDİ
II Dərəcə Əlil Vətəndaş Ali Məhkəmədə Qalib Gəldi
II Dərəcəli Əlil Vətəndaşın Ali Məhkəməsinin qərarında qeyd edilmişdir ki, hazırki mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, vətəndaşın xəstəlik diaqnozu ilk əlillik təyinatı tarixindən dəyişməmiş, həmin dövr ərzində əlilliyin təyin olunmasını istisna edən hər hansıyüngülləşmə müəyyən olunmamışdır.
Məhkəmə kollegiyası bir daha xüsusilə vurğulayır ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir.
Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır.
Ali məhkəmənin Qərarı
Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur.
Bu zaman cavabdeh tərəfindən qəbul edilən qərarın düzgünlüyü və qanunvericiliyə uyğunluğu, iddiaçının xəstəliyi ilə bağlı mövcud olan faktların düzgün qiymətləndirilməsini tələb edir. Xəstəliyin vaxt keçdikcə ağırlaşması və əvvəlki dövrlərdə əlilliyin təyin olunması, məsələnin ədalətli şəkildə qiymətləndirilməsi üçün əsaslı sübutlar təqdim edir.
Lakin, hazırkı mübahisəyə dair təqdim edilmiş materiallar, cavabdehin bu faktları nəzərə almadığını göstərir. Bu hal, qərarın qanunla müəyyən edilmiş prinsiplərə uyğunluğunu şübhə altına alır və iddiaçı üçün hüquqi nəticələr doğura bilər.Nəticədə
II Dərəcə Əlil Vətəndaş Ali Məhkəmədə Qalib Gəldi
…………………………………..
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.