Məktublar Archives - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

PayPalın fəaliyyəti ilə bağlı hər hansısa bir məhdudiyyət yoxdur!

Müxtəlif investisiya layihələrinin hüquqi riskləri barədə yerli və xarici şirkətlərə öz hüquqi rəylərimizi təqdim edirik. Növbəti müraciət müxtəlif ödəniş sistemlərinin ölkədə fəaliyyətinə məhdudiyyətinin olub olmaması ilə bağlı olmuşdur. Bu barədə Mərkəzi Bank tərəfindən sorğumuza verilmiş rəsmi cavabı sizinlə də paylaşırıq: Sözügedən orqana “Azərbaycanda PayPal ödəniş sistemi niyə fəaliyyət göstərmir?” məzmununda sorğu ünvanlanmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının sorğumuza cavabı aşağıdakı kimi olmuşdur: “… mövcud qanunvericilikdə xarici ödəniş və ya elektron pul təşkilatlarının ölkə bazarına daxil olması istiqamətində hər hansı məhdudiyyət mövcud deyildir. Mərkəzi Bank tərəfindən də ödəniş xidmətləri sahəsində qlobal tendensiyalar yaxından izlənilir və dünyada geniş yayılan texnologiyaların ölkədə tətbiqi istiqamətində imkanların yaradılması üçün beynəlxalq və yerli təşkilatlarla...

Ardını oxu

“Youtube” üzərindən pul qazanmağa hər hansısa bir məhdudiyyət yoxdur!

Günümüzdə digital platformalardan istifadə imkanlarının getdikcə artdığı müşahidə olunur. Bunu nəzərə alaraq tərəfimizdən Youtube platformasının müvafiq funksiyalarının aktivləşdirilməsi barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ilə müraciət olunmuşdur. Vətəndaşların da mövzuya maraqlı olacağını düşünərək sorğunun məzmununu və sorğuya gələn cavabı sizinlə də bölüşürük: Sözügedən orqana “YouTube sosial şəbəkəsindəki “join” və ya “premium membership” və ya “katıl butonu” adlandırılan funksiya Azərbaycanda niyə aktiv deyil? Bu funksiyanın aktivləşdirilməsində Nazirliyin rolu nədən ibarətdir?” məzmununda sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sorğumuza cavabı aşağıdakı kimi olmuşdur: “… Müraciətinizdə qeyd edilən məsələ həmin sosial şəbəkənin inzibatçıları tərəfindən müəyyən edilmiş qayda və şərtlər ilə tənzimlənir. Bununla əlaqədar olaraq,...

Ardını oxu

Rəqəmsal sahədə məşğulluğun artırılması istiqamətində hansı tədbirlər görülür?

Rəqəmsal texnologiyaların inkişafı bu sahədə məşğulluğunun artırılması istiqamətində suallar yaradır. Belə ki, tərəfimizdən Azərbaycanda vətəndaşların bu imkanlardan yararlanaraq gəlir əldə etməsi üçün hansı tədbirlərin görülməsi barədə Dövlət Məşğulluq Agentliyinə sorğu ilə müraciət olunmuşdur. Vətəndaşların da mövzuya maraqlı olacağını düşünərək sorğunun məzmununu və sorğuya gələn cavabı sizinlə də bölüşürük: Sözügedən orqana “1. Dövlət Məşğulluq Agentliyi vətəndaşların rəqəmsal (digital) sahədə məşğulluğunun artırılması və pul qazanması üçün hansı tədbirləri görür? 2. Vətəndaşların YouTube, TikTok və digər sosial şəbəkələrdən pul qazanması istiqamətində hansı tədbirlər görülür? 3. “Remote job” konsepsiyası çərçivəsində vətəndaşlara iş tapmağa hansı yardımlar göstərilir? 4. Kripto valyutaların ticarəti sahəsində vətəndaşlarımızın məşğulluğunun artırılması istiqamətində hansı tədbirlər görülür və onların...

Ardını oxu

ÖLKƏDƏ 1199 LOMBARD FƏALİYYƏT GÖSTƏRİR!

2014-2015-ci illərdə baş vermiş devalvasiyadan sonra bankların kredit verməsinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Bildiyimiz kimi, bu situasiyanın təsiri ilə lombardların sayı və onların kredit portfelinin həcmi artmışdır. Həmin məsələyə daha geniş aspektdən baxmaq üçün biz öncəliklə Mərkəzi Banka sorğu ünvanlamışıq. Sorğumuza cavab olaraq, Mərkəzi Bankın lombardların və onların kredit portfelinin uçotunu aparmadığı bildirilmişdir və daha sonra tərəfimizdən sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdur. Vətəndaşların da mövzuya maraqlı olacağını düşünərək sorğunun məzmununu və sorğuya gələn cavabı sizinlə də bölüşürük: Sözügedən Nazirliyə “Respublika ərazisində ümumilikdə neçə lombard fəaliyyət göstərir? Lombardların 2014-2022-ci illər üzrə (hər bir il ayrılıqda göstərilməklə) kredit portfelinin həcmi nə qədər...

Ardını oxu

Günəş panellərindən necə gəlir əldə etmək olar?

Sahibkarlar torpaq sahələrində günəş panelləri yerləşdirərək alternativ enerji mənbəyini istehsal edə və satışını həyata keçirə bilərlər. Bu halda sahibkarlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət orqanına müraciət edərək, lazımi sənədləri təqdim etməli və enerjinin istehsalı üçün icazə almalıdırlar. Bununla bağlı tərəfimizdən Azərbaycan Respublikası Energetika Nazirliyinə sorğu göndərilmişdir. Və Nazirlik tərəfindən günəş panellərinin torpaq sahəsində yerləşdirilməsi, eyni zamanda günəş panellərindən alınan enerjinin satılması üçün nəzərdə tutulan şərtlər və sənədlərin siyahısı barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin sorğumuza cavabı aşağıdakı kimi olmuşdur: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına...

Ardını oxu

Qanun layihəsinə hansı sənədlər əlavə edilməlidir?

Normayaratma proseslərini iştirak etmək və qanunların qəbulu zamanı aparılan müzakirələr və istifadə edilən rəylərlə tanış olmaq hüquqşünasa öz fəaliyyətini daha düzgün qurmağa və vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməyə şərait yaradır. Bildiyimiz kimi, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 48.2-ci maddəsinə əsasən, normayaratma orqanına təqdim edilən normativ hüquqi aktın layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə edilir: müşayiət məktubu, normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayış (müvafiq layihələr əlavə olunmaqla (olduğu halda))və normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması; normativ hüquqi aktın layihəsinin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər; normativ hüquqi aktın layihəsinə dair...

Ardını oxu

Barəsində qətimkan tədbiri seçilmiş şəxs ölkəni tərk edə bilərmi?

Cinayət işlərində təqsirləndirilən şəxsləri müdafiə edərkən, bir sıra hallarda hüquq-mühafizə orqanları əsassız olaraq barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdən azad edilməsinə və alternativ qətimkan tədbirlərinin seçilməsinə etiraz edir. Belə ki, bu halda onların ölkəni tərk etmək ehtimalı olduğunu əsas gətirir. Qeyd edək ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək vətəndaşların ölkədən getmək hüququ məhdudlaşdırılır. Buradan da aydın olur ki, şəxs barəsində həbs qətimkan tədbiri əvəzinə, həmçinin ev dustaqlığı, polisin nəzarəti...

Ardını oxu

Antenn dairəsi məlumatları vəkillərə verilirmi?

Bir çox cinayət işlərində xüsusi ilə narkotik maddələrin satışı ilə bağlı işlərdə təqsirləndirilən şəxslərin və onları saxlayan polis əməkdaşlarının olduğu yerin müəyyən edilməsi iş üçün vacib əhəmiyyət kəsb edir. Cinayət işlərində şəxsin cinayət əməlini törədərkən eləcə də ondan əvvəl və sonra harada olmasını müəyyən etmək üçün onun istifadəsində olan mobil telefondan mobil operatorlar baza stansiyalarına ötürülən siqnallardan istifadə edilməsi praktikası formalaşmışdır. Belə məlumatların vəkil sorğusu əsasında əldə edilməsinin mümkün olub olmaması barədə mobil operatorlara tərəfimizdən vəkil sorğusu ünvanlanmış və onlardan cavablar əldə edilmişdir. Həmin cavabları aşağıda sizə təqdim edirik. Azercell aşağıdakı cavabı vermişdir: “Sizin 08 iyun 2021-ci il tarixli müraciətinizdə qoyulan suallarla...

Ardını oxu

Xuliqanlıq İşlərində Cinayət Törətmiş Şəxslərin Həbsi

İcraatımızda olan xuliqanlıq işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi şəxsin barəsində həbs qətimkan tədbiri seçməkdən imtina etmişdir və bunu məhkəmə təcrübəsinin bu istiqamətdə formalaşması ilə əsaslandırmışdır. Bundan sonra tərəfimizdən Bakı, Şəki, Şirvan, Sumqayıt və Gəncə Apellyasiya məhkəmələrinə bu barədə sorğu göndərilmişdir. Sorğuya Şəki və Şirvan Apellyasiya məhkəmələri cavab vermiş digər məhkəmələrin cavabı bizə gəlib çatmamışdır. Şirvan Apellyasiya Məhkəməsi aşağıdakı cavabı vermişdir: “Sizin Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş 03.02.2022-ci il tarixli 0859/3101123 saylı sorğunuza əsasən bildiririk ki, 2020-2022 ci illərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı birinci instansiya məhkəmələri tərəfindən...

Ardını oxu

Öncə şahid sonra təqsirləndirilən şəxs?

Praktiki hüquqşünaslıq fəaliyyətimizdə cinayət işinin gedişatında hüquq mühafizə orqanları tərəfindən vətəndaşların öncə şahid qismində dindirilərək (yalan danışdığı halda cinayət məsuliyyəti daşıması qorxusu altında) bəzən hətta öz əleyhinə yönələn suallara belə cavab verməyə məcbur edilməsi hallarına rast gəlirik. Sonradan isə müstəntiq həmin şəxsi təqsirləndirilən şəxs kimi cəlb edərək əvvəllər şahid kimi ifadə verdiyi epizodlar üzrə ona ittiham elan edir və şəxs həbs edilir. Bu hal birbaşa olaraq vətəndaşın konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Bu baxımdan belə hallar üzərində ciddi nəzarət həyata keçirilməlidir. Məsələ ilə bağlı tərəfimizdən Baş Prokurorluğa sorğu ünvanlanmış və cavab əldə edilmişdir. Sorğuya verilmiş cavabın mətni ilə aşağıdan tanış ola bilərsiniz: “Sizin cinayət...

Ardını oxu
Sualınız var?