BARIŞIQ SAZİŞİ BARƏDƏ HÜQUQİ RƏY ALİ MƏHKƏMƏYƏ TƏQDİM EDİLMİŞDİR!
BARIŞIQ SAZİŞİ BARƏDƏ HÜQUQİ RƏY
Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin I bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Hüquqların məhkəmədə müdafiəsi istiqamətlərindən biri də mülki məhkəmə icraatıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin məcəllənin 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər.
Mülki mühakimə icraatında iş adətən aşağıdakı üç qərardan birinin qəbul edilməsi ilə nəticələnir:
- İddianın təmin olunması
- İddianın rədd olunması
- Tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qərarı ilə təsdiq olunması
İddia təmin olunduğu halda
məhkəmə belə qərara gəlir ki, iddiaçı haqlıdır.
İddia rədd olunduğu halda
məhkəmə belə qərara gəlir ki, iddiaçı haqsızdır. Onun hüquq azadlıq və ya qanuni maraqları cavabdeh tərəfindən pozulmamış və ya zərərə uğramamışdır.
Barışıq sazişinin məhkəmə qərarı ilə təsdiq olunduğu halda
məhkəmə yalnız iki məqamı araşdırır. Hansı ki bu hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində qeyd edilmişdir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
Barışıq sözü latıncada “amīcābilis” sözündən gəlir və mənası “dost” deməkdir. Barışıq sazişi ilə tərəflər aralarındakı hüquqi münasibətdən yaranan mübahisəyə son qoymaq və fikir ayrılıqlarını həll etmək naminə bir-birilərinə güzəştə getməyə hazır olurlar.
Qeyd etmək lazımdır ki, qanunvericilik məhkəmə mübahisəyə baxarkən “tərəflər artıq mübahisənin məhkəmə qaydasından həlli yolunu seçiblər və bu məsələnin həlli də məhkəmənin inhisarında olmalıdır” mövqeyindən çıxış etmir. Buna görə də, tərəflər əgər öz aralarındakı mübahisəni yeni bir mülki hüquqi əqdin bağlanması ilə həll etmək istəyirlərsə, onlara bunun üçün tam hüquqi imkan verilir.
Bu imkan həmçinin dispozitivlik prinsipinin də mahiyyətindən irəli gəlir ki, iddiaçı işin istənilən mərhələsində iddianın baxılmamış saxlanılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Buradan da göründüyü kimi, tərəflər əgər mübahisəni hər hansı mülki hüquqi əqd bağlayaraq başa çatdırmaq istəyirlərsə, onlar bunu etmək üçün bütün imkanlara malikdirlər.
Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsində məhkəmə baxışının barışıq sazişi ilə tamamlanması ifadəsindən istifadə edilir. Belə olan halda isə, mülki hüquqi əqdlərə məxsus olan etibarsızlıq əlamətindən söhbət gedə bilməz.
……………………………………
✔Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.