editor, Author at Vəkil Pərviz Məmmədov - Page 4 of 9

In dubio pro reo

(099) 984 00 00

(012) 464 80 79

Axtarış

“Youtube” üzərindən pul qazanmağa hər hansısa bir məhdudiyyət yoxdur!

Youtube Üzərindən Qazancın Məhdudiyyəti Yoxdur!

Youtube Üzərindən Qazancın Məhdudiyyəti Yoxdur! Günümüzdə digital platformalardan istifadə imkanlarının getdikcə artdığı müşahidə olunur. Bunu nəzərə alaraq tərəfimizdən Youtube platformasının müvafiq funksiyalarının aktivləşdirilməsi barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ilə müraciət olunmuşdur. Vətəndaşların da mövzuya maraqlı olacağını düşünərək sorğunun məzmununu və sorğuya gələn cavabı sizinlə də bölüşürük: Sözügedən orqana “YouTube sosial şəbəkəsindəki “join” və ya “premium membership” və ya “katıl butonu” adlandırılan funksiya Azərbaycanda niyə aktiv deyil? Bu funksiyanın aktivləşdirilməsində Nazirliyin rolu nədən ibarətdir?” məzmununda sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sorğumuza cavabı aşağıdakı kimi olmuşdur: “… Müraciətinizdə qeyd edilən  məhdudiyyəti məsələ həmin sosial şəbəkənin inzibatçıları tərəfindən müəyyən edilmiş qayda və şərtlər...

Ardını oxu

Rəqəmsal sahədə məşğulluğun artırılması istiqamətində hansı tədbirlər görülür?

Rəqəmsal Sahədə Məşğulluğun Artması Rəqəmsal texnologiyaların inkişafı bu sahədə məşğulluğunun artırılması istiqamətində suallar yaradır. Belə ki, tərəfimizdən Azərbaycanda vətəndaşların bu imkanlardan yararlanaraq gəlir əldə etməsi üçün hansı tədbirlərin görülməsi barədə Dövlət Məşğulluq Agentliyinə sorğu ilə müraciət olunmuşdur. Vətəndaşların da mövzuya maraqlı olacağını düşünərək sorğunun məzmununu və sorğuya gələn cavabı sizinlə də bölüşürük: Sözügedən orqana “1. Dövlət Məşğulluq Agentliyi vətəndaşların rəqəmsal (digital) sahədə məşğulluğunun artırılması və pul qazanması üçün hansı tədbirləri görür? 2. Vətəndaşların YouTube, TikTok və digər sosial şəbəkələrdən pul qazanması istiqamətində hansı tədbirlər görülür? 3. “Remote job” konsepsiyası çərçivəsində vətəndaşlara iş tapmağa hansı yardımlar göstərilir? 4. Kripto valyutaların ticarəti sahəsində vətəndaşlarımızın məşğulluğunun artırılması istiqamətində hansı tədbirlər...

Ardını oxu

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanuna dəyişikliklər edilmişdir!

Mərkəzi Bankda Baş Verən Dəyişikliklər Nələrdir? Yeni dəyişikliklər əsasən aşağıdakı istiqamətləri əhatə edir: 5-ci maddəyə edilmiş dəyişikliklərə əsasən, Mərkəzi bankın funksiyalarının dairəsi yenidən müəyyənləşdirilmişdir. 6-cı maddəyə edilmiş dəyişikliklərə əsasən, mərkəzi bankın gəlirlərinin dairəsi müəyyən edilir xarici Mərkəzi Bankın və Dövlətin bir birlərinin öhədlikləri üçün məsuliyyət daşımaması təsbir edilir. 9-cu maddəyə edilmiş dəyişikliklərə əsasən, xarici klirinq təşkilatları ilə müqavilələr bağlama səlahiyyəti təsbit edilmişdir. 21-ci maddəyə edilmiş dəyişikliklərə əsasən, MB İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədrindən daimi əsaslarla işləyən 6 üzvdən və iki kənar üzvdən ibarət olaraq cəmi 9 nəfərdən ibarət müəyyən edilmişdir. 32-ci maddəyə edilmiş dəyişikliklərə əsasən, Mərkəzi Bankda saxlanılan məcburi ehtiyatlara görə Mərkəzi banka faizlər ödəmək...

Ardını oxu

FAYDALI QAZINTI YATAQLARI HƏRRACA ÇIXARILACAQ!

FAYDALI QAZINTI YATAQLARI HƏRRACA ÇIXARILACAQ!

FAYDALI QAZINTI YATAQLARI HƏRRACA ÇIXARILACAQ! Hazırda qeyri-neft sektorunda inkişafa nail olunması üçün qanunvericiliyin təkminləşdirilməsi istiqamətində müsbət yönümlü addımlar atılır. Hərraclar (auksion və müsabiqələr) hansı dövlət orqanını tərəfindən həyata keçirilir? Bu sahədə tənzimləyici orqan dəyişdirilərək hərracların (auksion və müsabiqələrin) keçirilməsi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə həvalə edilmişdir. Hazırda Agentlik hərracın keçirilməsi üçün yerin təki sahələrinin hazırlanmasını təmin edir. Daha sonra yer təkindən istifadə ilə bağlı hərracın keçirilməsinə dair elanı hazırlayır və hərracın keçiriləcəyi tarixdən azı 30 (otuz) iş günü əvvəl media vasitəsilə (qapalı müsabiqə keçirildiyi hallar istisna olmaqla) yayılmasını, Nazirliyin və Agentliyin rəsmi internet səhifələrində yerləşdirilməsini təmin edir.  Həmçinin hərracda iştirak etmək üçün hüquqi...

Ardını oxu

ÖLKƏDƏ 1199 LOMBARD FƏALİYYƏT GÖSTƏRİR!

Ölkədə Fəaliyyət Göstərən Lombard Sayı 

Ölkədə Fəaliyyət Göstərən Lombard Sayı Ölkədə Fəaliyyət Göstərən Lombard Sayı  2014-2015-ci illərdə baş vermiş devalvasiyadan sonra bankların kredit verməsinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Bildiyimiz kimi, bu situasiyanın təsiri ilə lombardların sayı və onların kredit portfelinin həcmi artmışdır. Həmin məsələyə daha geniş aspektdən baxmaq üçün biz öncəliklə Mərkəzi Banka sorğu ünvanlamışıq. Sorğumuza cavab olaraq, Mərkəzi Bankın lombardların və onların kredit portfelinin uçotunu aparmadığı bildirilmişdir və daha sonra tərəfimizdən sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdur. Vətəndaşların da mövzuya maraqlı olacağını düşünərək sorğunun məzmununu və sorğuya gələn cavabı sizinlə də bölüşürük: Sözügedən Nazirliyə “Respublika ərazisində ümumilikdə neçə lombard fəaliyyət göstərir? Lombardların 2014-2022-ci illər üzrə (hər...

Ardını oxu

Qanunsuz kredit alsanız, sizi nə gözləyir?

Qanunsuz Krediti Alanları Nələr Gözləyir ?

Qanunsuz Krediti Alanları Nələr Gözləyir ? Müasir dövrümüzdə kreditlər həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. İstər biznes, istərsə də şəxsi istehlak kreditləri vətəndaşların və sahibkarların işini xeyli asanlaşdırır. Hər bir böyüyən iqtisadiyyatda banklar və digər kredit təşkilatları verdikləri kreditlər hesabına iqtisadiyyatın sürətli böyüməsinə töhfə verirlər. Azərbaycan Respublikası da öz iqtisadiyyatını stimullaşdırmaq üçün bir sıra güzəştli kredit layihələri həyata keçirməkdədir. Bu layihələrin əsas məqsədi dövlət vəsaiti hesabına sahibkarlara güzəştli kreditlər verməkdir. Beləliklə də, iqtisadi böyüməyə fayda vermək mümkündür. Sözügedən layihələrin öz məqsədlərinə çatması üçün başlıca şərt verilən kreditlərin təyinatları üzrə istifadəsini təmin etməkdir. Belə ki, verilən kreditlər dövlət büdcəsi və vətəndaşların depozitləri hesabına formalaşır....

Ardını oxu

BARIŞIQ SAZİŞİ BARƏDƏ HÜQUQİ RƏY ALİ MƏHKƏMƏYƏ TƏQDİM EDİLMİŞDİR!

BARIŞIQ SAZİŞİ BARƏDƏ HÜQUQİ RƏY

BARIŞIQ SAZİŞİ BARƏDƏ HÜQUQİ RƏY Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin I bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqların məhkəmədə müdafiəsi istiqamətlərindən biri də mülki məhkəmə icraatıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin məcəllənin 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Mülki mühakimə icraatında iş adətən...

Ardını oxu

HAKİM VƏSATƏTİ BAXILMAMIŞ SAXLAYA BİLMƏZ!

HƏKİM VƏSATƏTİ BAXILMADAN SAXLANILA BİLƏRMİ?

HƏKİM VƏSATƏTİ BAXILMADAN SAXLANILA BİLƏRMİ?   Hüquqşünas olmayan oxucularımız üçün qeyd edək ki, cinayət törətmiş və ya törətməkdə təqsirləndirilən vətəndaşımıza qarşı ədalət mühakiməsinin həyata keçirilməsi üçün əvvəlcə ibtidai istintaq aparılır. Polis, Prokurorluq və digər təhqiqat-istintaq səlahiyyətlərinə malik olan orqanlar vətəndaş barəsində cinayət işi başlayaraq sübutların toplanılmasını toplanmış sübutların qiymətləndirilməsini və şəxsin törətmiş olduğu əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hansı maddəyə uyğun tövsif edilməsini həyata keçirir. Mərhələ 1 Bu mərhələdə istintaq orqanı çalışır ki, barəsində cinayət işi açmış olduğu şəxsin işini məhkəməyə göndərsin və məhkəmədə həmin şəxs ittiham hökmü ilə cəza alsın. Bu məqsədə nail olmaq üçün bəzən istintaqı aparan vəzifəli şəxslər tərəfindən müəyyən...

Ardını oxu

QANUNVERİCİLİYƏ DƏYİŞİKLİK EDİLƏRƏK XİDMƏTİ MİNİK AVTOMOBİLLƏRİNİN SAY LİMİTİ ARTIRILMIŞDIR!

Qanunvericilikdə Avtomobillər İlə Bağlı Dəyişikliklər

Qanunvericilikdə Avtomobillər İlə Bağlı Dəyişikliklər   Qanunvericilik İlə Bağlı Dəyişiklik 25 may 2023-cü il tarixində dövlət orqanlarında nəqliyyat vasitələrindən istifadə qaydalarını tənzimləyən “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” NK Qərarına dəyişiklik edilmiş və bu barədə NK Qərar qəbul etmişdir. Dəyişikliyə əsasən AR İqtisadiyyat Nazirliyinə ayrılan xidməti minik avtomobillərinin say həddi 22-dən 27-ə qaldırılmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinə ayrılmış say həddi isə 25-dən 24-ə endirilmişdir. Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ayrılmış avtomobillərin say həddi isə 15-dən 21-ə artırılmışdır. Hazırda ən yuxarı həddə minik avtomobili limiti verilən dövlət orqanları aşağıdakılardır: Bu...

Ardını oxu

Günəş panellərindən necə gəlir əldə etmək olar?

Günəş Panellərindən Gəlir Əldə Etmək

Günəş Panellərindən Gəlir Əldə Etmək   Sahibkarlar torpaq sahələrində günəş panelləri yerləşdirərək alternativ enerji mənbəyini istehsal edə və satışını həyata keçirə bilərlər. Bu halda sahibkarlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət orqanına müraciət edərək, lazımi sənədləri təqdim etməli və enerjinin istehsalı üçün icazə almalıdırlar. Bununla bağlı tərəfimizdən Azərbaycan Respublikası Energetika Nazirliyinə sorğu göndərilmişdir. Və Nazirlik tərəfindən günəş panellərinin torpaq sahəsində yerləşdirilməsi, eyni zamanda günəş panellərindən alınan enerjinin satılması üçün nəzərdə tutulan şərtlər və sənədlərin siyahısı barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin sorğumuza cavabı aşağıdakı kimi olmuşdur: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən yuxarı...

Ardını oxu
Sualınız var?