Antenn Dairəsi Məlumatları Vəkillərə Verilirmi?

In dubio pro reo

(099) 984 00 00

(012) 464 80 79

Axtarış

Antenn dairəsi məlumatları vəkillərə verilirmi?

Antenn Dairəsi Məlumatları Vəkillərə Verilirmi?

Antenn Dairəsi Məlumatları Vəkillərə Verilirmi?

Vəkil Sorğusu

Bir çox cinayət işlərində xüsusi ilə narkotik maddələrin satışı ilə bağlı işlərdə təqsirləndirilən şəxslərin və onları saxlayan polis əməkdaşlarının olduğu yerin müəyyən edilməsi iş üçün vacib əhəmiyyət kəsb edir. Cinayət işlərində şəxsin cinayət əməlini törədərkən eləcə də ondan əvvəl və sonra harada olmasını müəyyən etmək üçün onun istifadəsində olan mobil telefondan mobil operatorlar baza stansiyalarına ötürülən siqnallardan istifadə edilməsi praktikası formalaşmışdır. Həmin cavabları aşağıda sizə təqdim edirik.

Azercell aşağıdakı cavabı vermişdir:

“Sizin 08 iyun 2021-ci il tarixli müraciətinizdə qoyulan suallarla əlaqədar olaraq bildiririk ki, mövcud texniki imkanlara görə şəbəkədəki aktiv mobil cihazların eyni və ya fərqli radio-baza stansiyaların əhatə dairəsində olub-olmadığını, həmçinin zənglərin mobil cihaz hansı radio-baza stansiyasında olarkən edildiyini müəyyən etmək mümkündür. 

Bakcell aşağıdakı cavabı vermişdir:

“Bakcell MMC-yə 24.06.2021-ci il tarixində daxil olmuş, * saylı, 08.06.2021-ci il tarixli sorğunuzla əlaqədar olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunan meyarlara uyğun olaraq məlumatların Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən müvafiq məhkəmə qərarı əsasında təqdim edilməsi mümkündür.

Nar aşağıdakı cavabı vermişdir:

“Azerfon MMC-yə 23.06.2021-ci il tarixində daxil olmuş, 10.06.2021-ci il tarixli sorğunuzla əlaqədar olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunan meyarlara uyğun olaraq məlumatların Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən müvafiq məhkəmə qərarı əsasında təqdim edilməsi mümkündür.

……………………….

Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

 

Sualınız var?