İDXALÇI ŞİRKƏTLƏRİN AVANS PROBLEMİ - HÜQUQİ BAXIŞ

In dubio pro reo

(099) 984 00 00

(012) 464 80 79

Axtarış

İDXALÇI ŞİRKƏTLƏRİN AVANS PROBLEMİ – HÜQUQİ BAXIŞ

İDXALÇI ŞİRKƏTLƏRİN AVANS PROBLEMİ - HÜQUQİ BAXIŞ

İDXALÇI ŞİRKƏTLƏRİN AVANS PROBLEMİ – HÜQUQİ BAXIŞ

İdxalçı şirkətlərin avans problemləri – hüquqi baxışdan ödənişlər və müqavilə tələbləri ilə bağlı hüquqi çətinliklərdən irəli gəlir.  Hüquqi baxımdan, avans ödənişləri ilə əlaqəli məsələlər, tərəflər arasında müqavilə şərtlərinin və ödənişlərin tənzimlənməsi baxımından vacibdir.

Konstitusiyamızın 59-cu maddəsində azad sahibkarlıq hüququ təsbit edilmişdir.

Sahibkarlıq fəaliyyətinin bir istiqaməti də xarici ticarət fəaliyyətinin həyata keçirilməsidir. Bu zaman da təbii ki, şirkətlər öz ticarət əməliyyatlarını müxtəlif xarici valyutalarla həyata keçirirlər. Ölkədən xarici valyutanın köçürülməsindən sui-istifadə halları isə maliyyə sabitliyi üçün risklər yarada bilər.

Mərkəzi Bankın Xarici Valyuta Əməliyyatlarına Nəzarət və Qanun Pozuntularının Məsuliyyətə Cəlb Edilməsi

Bu baxımdan tənzimləyici orqan olan Mərkəzi Banka bir sıra səlahiyyətlər verilmişdir və həmin səlahiyyətlər çərçivəsində Mərkəzi Bank xarici valuyta əməliyyatlarına nəzarəti həyata keçirir. Təbii ki, burada qanun pozuntularına yol verən hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi də bu nəzarətin effektivliyini təmin edir.

Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində, xarici valyuta əməliyyatlarının tənzimlənməsi və nəzarət altında saxlanılması, ölkə iqtisadiyyatının sabitliyini qorumaq və qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq məqsədini güdür. Bu baxımdan, valyuta ticarətində şəffaflığın təmin edilməsi və qanun pozuntularının önlənməsi üçün Mərkəzi Bank tərəfindən tətbiq edilən qaydalar və prosedurlar böyük əhəmiyyət kəsb edir.

İdxalçı Şirkətlərin Avans Problemi

Həm hüquqi, həm də fiziki şəxslər tərəfindən törədilən qanun pozuntularına qarşı ciddi cəzaların tətbiqi, ölkənin maliyyə sisteminin sağlamlığını qoruyur və iqtisadiyyatın beynəlxalq səviyyədə etibarlılığını artırır.

Bundan əlavə, Mərkəzi Bankın nəzarət funksiyası, bazarda hər hansı bir manipulyasiya və qeyri-şəffaf əməliyyatların qarşısını almağa yönəlib. Bu cür tədbirlər, həmçinin ölkəyə xarici investisiyaların cəlb olunması və maliyyə sektorunun davamlı inkişafı üçün mühüm şərt təşkil edir. Nəticədə, səlahiyyətli orqanların gördüyü işlər, iqtisadi sabitlik və etibarlı maliyyə mühiti yaratmaq baxımından mühüm rol oynayır.

İdxalçılar Üçün Avans Problemləri – Hüquqi Yanaşma

Bu cür məsuliyyət AR İXM-nin 430.4-cü maddəsində təsbit edilmişdir. Normanın məzmunundan da aydın olduğu kimi, hüquqi və fiziki şəxslərə xarici ölkələrdə olan tərəfdaşlarına avans qismində pul köçürdükdən sonra 2 il ərzində  həmin malların (xidmətlərin) idxalını təmin etməli və ya pul vəsatini geri öz bank hesablarına qaytarmalıdırlar.

Əks halda xaricə köçürülən vəsait məbləğinin 20% həcmində vəsaiti köçürən hüquqi və ya fiziki şəxsə cərimə tətbiq edilir.

Bu sahədə formalaşmış təcrübəyə görə bankla xaricə pul köçürmə əməliyyatı məhz xaricə pul köçürmüş şirkətlərin həmin malın idxal edilməsindən sonra gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməsi ilə baş çatdırılmış hesab edilir.

Lakin bir sıra hallarda şirkətlər həmin bəyannamələri banka təqdim etmədikləri üçün müddətin çatması ilə onların barəsində protokol tərtib edilərək məhkəməyə göndərilir. Bu zaman işin müsbət həlli üçün gömrük bəyannaməsi vacib əhəmiyyətli sübut kimi çıxış edir.

Eyni zamanda təcrübədə banklar tərəfindən Mərkəzi Banka təqdim edilən sənədlərdə də müəyyən pozuntulara yol verilməsi hallarına rast gəlinir ki, bu da oxşar problemlərlə üzləşən şirkətlərin peşəkar hüquqşünas və vəkillərin xidmətindən istifadəsini zəruri edir.

Bu cür pozuntular, yalnız hüquqi riskləri artırmaqla kifayətlənmir, eyni zamanda banklarla və digər maliyyə qurumları ilə münasibətlərin gərginləşməsinə səbəb olur. Nəticədə, şirkətlər üçün maliyyə əməliyyatlarının düzgün və təhlükəsiz həyata keçirilməsi üçün müvafiq hüquqi dəstək əldə etmək vacibdir.

 Bu xidmətlər, hüquqi mübahisələrdən qaçınmaq və şirkətin fəaliyyətini qanunla uyğunlaşdırmaq baxımından əvəzolunmaz.

Nəticə

Bu cür inzibati işlərdə hüquq işinin düzgün təşkili yəni,  sübutlarda olan qüsurların aşkar edilməsi eləcə də işə vaxtında gömrük bəyannamələrinin əlavə edilməsi şirkətləri əlavə cərimə yükündən azad edə bilər.

………………………….

Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

Sualınız var?