“Youtube” üzərindən pul qazanmağa hər hansısa bir məhdudiyyət yoxdur!
Youtube Üzərindən Qazancın Məhdudiyyəti Yoxdur!
Günümüzdə digital platformalardan istifadə imkanlarının getdikcə artdığı müşahidə olunur. Bunu nəzərə alaraq tərəfimizdən Youtube platformasının müvafiq funksiyalarının aktivləşdirilməsi barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ilə müraciət olunmuşdur.
Vətəndaşların da mövzuya maraqlı olacağını düşünərək sorğunun məzmununu və sorğuya gələn cavabı sizinlə də bölüşürük:
Sözügedən orqana
“YouTube sosial şəbəkəsindəki “join” və ya “premium membership” və ya “katıl butonu” adlandırılan funksiya Azərbaycanda niyə aktiv deyil? Bu funksiyanın aktivləşdirilməsində Nazirliyin rolu nədən ibarətdir?” məzmununda sorğu ünvanlanmışdır.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sorğumuza cavabı aşağıdakı kimi olmuşdur:
“…
Müraciətinizdə qeyd edilən məhdudiyyəti məsələ həmin sosial şəbəkənin inzibatçıları tərəfindən müəyyən edilmiş qayda və şərtlər ilə tənzimlənir. Bununla əlaqədar olaraq, “Youtube” sosial şəbəkəsinin inzibatçısına müraciət etməyinizi tövsiyə edirik. Bununla yanaşı, “Youtube” sosial şəbəkəsində “join”, “premium membership” və ya “katıl butonu” adlandırılan funksiyaların Azərbaycan Respublikasının ərazisində aktivləşdirilməsi Nazirliyin fəaliyyət istiqamətlərinə aid deyildir.
Nəzərə almağınız xahiş olunur.”
Lakin, qazancın məhdudlaşdırılmaması üçün aşağıdakı məqamlara diqqət yetirmək vacibdir:
- Tətbiq olunan qaydalara riayət: YouTube-un icma qaydaları və monetizasiya siyasətinə əməl etmək mütləqdir. Müvafiq qaydaların pozulması gəlir imkanlarının məhdudlaşdırılmasına və ya ləğv olunmasına səbəb ola bilər.
- Məzmunun orijinallığı: Yalnız müəllif hüquqları ilə qorunan məzmuna malik olmaq və ya icazəsiz materiallardan istifadə etməmək gəlirin davamlı olması üçün əsasdır.
- Beynəlxalq bazarlara çıxış: Geniş auditoriyaya yönəlmiş məzmun yaratmaq kanalın gəlir potensialını artırır. YouTube-un CPM (min baxış üçün gəlir) dəyərləri bazar və regiona görə dəyişir, buna görə də qlobal izləyicilər gəlirliliyi artırır.
- Daimi fəaliyyət və aktivlik: Mütəmadi məzmun yükləmək və auditoriya ilə əlaqə saxlamaq kanalın görünürlüğünü artırır, bu da gəliri maksimum səviyyəyə çatdırmağa kömək edir.
……………………..
✔Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.