“Youtube” üzərindən pul qazanmağa hər hansısa bir məhdudiyyət yoxdur!
Günümüzdə digital platformalardan istifadə imkanlarının getdikcə artdığı müşahidə olunur. Bunu nəzərə alaraq tərəfimizdən Youtube platformasının müvafiq funksiyalarının aktivləşdirilməsi barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ilə müraciət olunmuşdur.
Vətəndaşların da mövzuya maraqlı olacağını düşünərək sorğunun məzmununu və sorğuya gələn cavabı sizinlə də bölüşürük:
Sözügedən orqana
“YouTube sosial şəbəkəsindəki “join” və ya “premium membership” və ya “katıl butonu” adlandırılan funksiya Azərbaycanda niyə aktiv deyil? Bu funksiyanın aktivləşdirilməsində Nazirliyin rolu nədən ibarətdir?” məzmununda sorğu ünvanlanmışdır.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sorğumuza cavabı aşağıdakı kimi olmuşdur:
“…
Müraciətinizdə qeyd edilən məsələ həmin sosial şəbəkənin inzibatçıları tərəfindən müəyyən edilmiş qayda və şərtlər ilə tənzimlənir. Bununla əlaqədar olaraq, “Youtube” sosial şəbəkəsinin inzibatçısına müraciət etməyinizi tövsiyə edirik. Bununla yanaşı, “Youtube” sosial şəbəkəsində “join”, “premium membership” və ya “katıl butonu” adlandırılan funksiyaların Azərbaycan Respublikasının ərazisində aktivləşdirilməsi Nazirliyin fəaliyyət istiqamətlərinə aid deyildir.
Nəzərə almağınız xahiş olunur.”
Bizimlə əlaqə üçün: +994 50 224 85 05