Xuliqanlıq İşlərində Cinayət Törətmiş Şəxslərin Həbsi
Xuliqanlıq İşlərində Törədilən Cinayət
İcraatımızda olan xuliqanlıq işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi şəxsin barəsində həbs qətimkan tədbiri seçməkdən imtina etmişdir və bunu məhkəmə təcrübəsinin bu istiqamətdə formalaşması ilə əsaslandırmışdır.
Bundan sonra tərəfimizdən Bakı, Şəki, Şirvan, Sumqayıt və Gəncə Apellyasiya məhkəmələrinə bu barədə sorğu göndərilmişdir. Sorğuya Şəki və Şirvan Apellyasiya məhkəmələri cavab vermiş digər məhkəmələrin cavabı bizə gəlib çatmamışdır.
Şirvan Apellyasiya Məhkəməsi aşağıdakı cavabı vermişdir:
“Sizin Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş 03.02.2022-ci il tarixli 0859/3101123 saylı sorğunuza əsasən bildiririk ki, 2020-2022 ci illərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş apellyasiya şikayəti və ya protestlərinə baxılması nəticələri aşağıda göstərilən cədvələ uyğun olmuşdur:
İllər | Daxil olmuş işlər | Qüvvə | Ləğv |
2020 | 5 | 3 | 2 |
2021 | 12 | 8 | 4 |
2022 | 6 | 5 | 1 |
”
Şəki Apellyasiya Məhkəməsi aşağıdakı cavabı vermişdir:
“Sizin 23.12.2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş sorğunuza əsasən 2020-2022-ci illərdə Azərbaycan Respublikası CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlardan verilmiş apellyasiya şikayəti və ya apellyasiya protestlərinə baxılması nəticələri aşağıda göstərilən cədvələ uyğun olmuşdur:
İllər | Cəmi daxil olan işlər | Qüvvə | Ləğv |
2020 | 5 | 3 | 2 |
2021 | 3 | 3 | 0 |
2022 | 4 | 3 | 1 |
Xuliqanlıq Əməllərinə Qarşı Hüquqi Tədbirlər: Cinayət Törədən Şəxslərin Həbsi
Xuliqanlıq cinayətləri cəmiyyətdə ictimai qaydanı pozan, vətəndaşların təhlükəsizliyinə təhdid yaradan və qanunların aliliyinə meydan oxuyan əməllərdir. Azərbaycan qanunvericiliyi bu cür hərəkətlərin qarşısını almaq və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün ciddi tədbirlər nəzərdə tutur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, xuliqanlıq törədən şəxslər törətdikləri əmələ uyğun olaraq azadlıqdan məhrumetmə, cərimə və ya digər qanuni cəzalarla üzləşirlər. Xüsusilə, xuliqanlıq zamanı zor tətbiq edilməsi, ictimai təhlükəli vasitələrdən istifadə olunması və ya kütləvi ictimai təhlükə yaradan hərəkətlər edilməsi cəzanı ağırlaşdıran hallara səbəb olur.
Bu cür hüquqi tədbirlər cəmiyyətin təhlükəsizliyini təmin etmək, ictimai asayişi qorumaq və qanun pozuntularının yayılmasının qarşısını almaq məqsədi daşıyır. Cinayət törətmiş şəxslərin həbsi yalnız qanun çərçivəsində həyata keçirilir və hüquq-mühafizə orqanlarının şəffaflığını qorumaq üçün müvafiq prosedurlara əsaslanır.
İctimaiyyətin qanunvericilik haqqında maarifləndirilməsi və hüquqların müdafiəsi hər bir vətəndaşın təhlükəsiz mühitdə yaşamasını təmin edən vacib elementlərdən biridir.
…………………………………………….
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.