Torpağından yol çəkilən vətəndaşa 18900 AZN kompensasiya
Vətəndaşa Verilən Kompensasiya
Bilgəh Sumqayıt avtomobil yolunun tikintisi aparılarkən həmin yolun altına düşən torpaq sahəsi vətəndaşın mülkiyyətində ola-ola yolun tikintisini aparan təşkilat vətəndaşla alqı-satqı müqaviləsi bağlamadan və torpağın dəyərini ödəmədən hasarı uçuraraq yolun çəkilməsini həyata keçirir.
Bu barədə məlumatı olmayan vətəndaş torpağına baxmağa gedərkən görür ki, torpağının üzərindən yol çəkiblər.
Vətəndaş yolu çəkən təşkialata rəsmi müraciət edib və ona bildiriblər ki, ona dəymiş ziyan ödəniləcəkdir. Lakin sonrdan ziyan ödənilməyib.
Məcbur qalan vətəndaş Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmə 5.9 sot torpağa görə cəmi 18900 manat kompensasiya ödənilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh təşkilat və üçüncü şəxs Maliyyə Nazirliyi qərardan apellyasiya şikayəti vermişlər lakin şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir.
Qərardan verdiyi kassasiya şikayətində yolu çəkən təşkilat bildirmişdir ki, həmin yolun tikintisi dayandırıldığına görə ona kompensasiya ödəyə bilmirlər. Həmçinin etiraf edirlər ki, torpağı almamış və alqı-satqı müqaviləsi bağlamadan onun mülkiyyətində olan əmlak üzərindən yol çəkmişlər.
Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, Alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağınalınmasının rəsmiləşdirilmədiyinə və alğı-satqı müqaviləsi bağlanmadığına dair dəlilə gəldikdə, qanunla müəyyən edilmiş həmin şərtlər təmin olunmadan və tərəflər arasında razılaşma əldə edilmədən mülkiyyətə qanunsuz müdaxilə etmə alınmanın təsirinə məruz qalan iddiaçı üçün deyil, alan orqan üçün öhdəlik yaradır.
Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
…………………………….
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.