Torpağından yol çəkilən vətəndaşa 18900 AZN kompensasiya - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Torpağından yol çəkilən vətəndaşa 18900 AZN kompensasiya


 

Bilgəh Sumqayıt  avtomobil yolunun tikintisi  aparılarkən həmin yolun altına düşən torpaq sahəsi vətəndaşın mülkiyyətində ola-ola yolun tikintisini aparan təşkilat vətəndaşla alqı-satqı müqaviləsi bağlamadan və torpağın dəyərini ödəmədən hasarı uçuraraq yolun çəkilməsini həyata keçirir.

Bu barədə məlumatı olmayan vətəndaş torpağına baxmağa gedərkən görür ki, torpağının üzərindən yol çəkiblər.

Vətəndaş yolu çəkən təşkialata rəsmi müraciət edib və ona bildiriblər ki, ona dəymiş ziyan ödəniləcəkdir. Lakin sonrdan ziyan ödənilməyib.

Məcbur qalan vətəndaş Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmə 5.9 sot torpağa görə cəmi 18900 manat kompensasiya ödənilməsi barədə qərar qəbul etmişdir.  Cavabdeh təşkilat  və üçüncü şəxs Maliyyə Nazirliyi qərardan apellyasiya şikayəti vermişlər lakin şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir.

Qərardan verdiyi kassasiya şikayətində yolu çəkən təşkilat bildirmişdir ki, həmin yolun tikintisi dayandırıldığına görə ona kompensasiya ödəyə bilmirlər.  Həmçinin etiraf edirlər ki, torpağı almamış və alqı-satqı müqaviləsi bağlamadan onun mülkiyyətində olan əmlak üzərindən yol çəkmişlər.

Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, Alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağınalınmasının rəsmiləşdirilmədiyinə və alğı-satqı müqaviləsi bağlanmadığına dair dəlilə gəldikdə, qanunla müəyyən edilmiş həmin şərtlər təmin olunmadan və tərəflər arasında razılaşma əldə edilmədən mülkiyyətə qanunsuz müdaxilə etmə alınmanın təsirinə məruz qalan iddiaçı üçün deyil, alan orqan üçün öhdəlik yaradır.

Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən,  inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının  Mülki  Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

 

Bizimlə əlaqə üçün: +994 50 224 85 05