SİLAHLI MÜNAQİŞƏ HÜQUQU
Silahlı Münaqişə Hüquqları
Silahlı münaqişə hüququ (“SMH”) Jus in Bello və Jus ad Bellum olmaqla iki təməl kateqoriyaya ayrılır.
Jus in Bello – münaqişə başladıqdan sonra dövlətlərin riayət etməli olduğu hüquqi və əxalqi qaydaları müəyyən edir.
Jus ad Bellum – hansı şərtlər daxilində silahlı qüvvələrdən istifadə haqqının yarandığını daha dəqiq desək silahlı qüvvələrdən istifadənin legitimliyini müəyyənləşdirən normalardır.
Bu terminlə bu gün də müzakirəyə açıqdır, çünki kiber hücumlar və eləcə də hibrid müharibələr zamanı bu qaydaların tətbiq olunub olunmaması çoxlu suallar doğurur.
SMH münaqişə sırasında aşağıdakı prinsiplərin rəhbər tutulmalı olan aşağıdakı prinsipləri müəyyən edir:
- Hərbi zərurət (Military Necessity)
- Humansitlik /Gərəksiz əzab və işgəncəyə yol verilməməsi (Humanity/Unnecessary Suffering)
- Mütənasiblik (Proportionality)
- Diskriminasiya (distinction/discrimination)
- Şərəf (Chivalry)
Hərbi zərurət prinsipi – SMH-nın ən qədim və baza prinsiplərindən biridir. XVII əsrdə inkişaf etmiş və təkmilləşdirilmişdir. Bu prinsipə verilən anlayışlardan biri belə səslənir. Hərbi zərurət – Yalnız Münaqişənin bitirilməsini təmin etmək məqsədi ilə qəbul edilmiş qayda və normalara zidd olmayan addımların atılması bu məqsədə xidmət etməyən və ya ona xidmət etsə belə qayda və normalara zidd olan addımların isə qadağan olunmasını ehtiva edir.
AFP 110-31 hərbi zərurətin aşağıdakı təməl qaydalarını təsbit edir:
İqtisadi və insan resurslarının mümkün olan ən az sərfiyyatı ilə düşmənin ən qısa müddətə təslim olmasını təmin edən və beynəlxalq hüquqla qadağan edilməyən tədbirlərin görülməsinə yol verilir.
Burada 4 təməl ünsür vardır:
- Tətbiq edilən gücün tətbiq edənin nəzarətində və rəhbərliyi altında olması;
- Düşmənin (qarşı tərəfin) tam və ya qismən təslim olması üçün hərbi gücün tətbiqinin zəruri olması
- Tətbiq edilən gücün düşmənin şəxsi heyəti və əmlakının təslim alınması üçün tələb olunandan artıq olmaması
- Tətbiq edilən gücün başqa formada qadağan edilməməsi
Əgər güc tətbiqinə haqq qazandırmaq mümkün olmazsa, zərurət ya yoxdursa ya da əsaslandırıla bilmirsə Jus ad Bellum qaydaları pozulmuş hesab edilir və bu qaydaları pozan tərəfə qarşı sanksiyalar tətbiq olunur.
Lazımsız əzab və işgəncəyə yol verilməməsi prinspibi – Müharibənin (münaqişənin) məqsədlərinə xidmət etməyən hər növ əzab və işgəncəni qadağan edir.
AFP 110-31 bu prinsipin təməl qaydalarını aşağıdakı kimi müəyyənləşdirir:
Hərbi zərurət prinsipini tamamlayan bu prinsip legitim hərbi məqsədlərə çatmaq üçün zəruri olmayan əzab, xəsarət, əlillik və məhv etmənin tətbiqini qadağan edir.
Diskriminasiya prinsipi – ordunun tibbi heyətini, yaralıları, həbsdə olanları və mülki əhalini silahlı hərbiçilərdən ayırmağı tələb edir.
Proporsionallıq prisnipi – məhv edilməli olan hədəfə münasibətdə tətbiq edilən gücün nə lüzumsuz az nə də həddindən artıq çox olmmasını tələb edir.
Şərəf prinsipi – düşmənə verilən sözə əməl etməyi (təslim olarsa öldürülməyəcəyi və işgəncəyə məruz qalmyacağı barədə və s. ) xüsusi nişanlarla qorunan obyektlərə hücum etməmək, tarixi və mədəniyyət abidələrinə zərər vurmamaq, mülki əhalinin toplaşdığı düşərgələri və əsir düşərgələrini hədəfə almamaq və s. Amilləri özündə ehtiva edir.
Başqa bir anlayışda isə şərəf prinsipi dedikdə – müəyyən qədər ədalət və düşmənə hörmətlə yanaşmaq nəzərdə tutulduğu bildirilir.
Bu prinsipə görə hərbiçilər SMH-nın normalarına riayət etməlidirlər. Mülki əhalinin əmlakından uzaq durmalı onları talan etməkdən çəkinməlidirlər.
………………………………..
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.