Öncə şahid sonra təqsirləndirilən şəxs?

In dubio pro reo

(099) 984 00 00

(012) 464 80 79

Axtarış

Öncə şahid sonra təqsirləndirilən şəxs?

Öncə şahid sonra təqsirləndirilən şəxs?

Öncə şahid sonra təqsirləndirilən şəxs?

 

Öncə Şahid, Sonra Təqsirləndirilən Şəxs: Hüquqi Proseslərdə Dəyişən Status

Hüquqi proseslər zamanı bir şəxsin ilkin mərhələdə şahid qismində dindirilməsi, sonradan isə təqsirləndirilən şəxs statusu alması mümkündür. Bu, araşdırma prosesində yeni sübutların üzə çıxması və həmin şəxsin cinayət hadisəsinə mümkün iştirakı ilə bağlı əsaslı şübhələrin yaranması ilə əlaqədardır.

Azərbaycan qanunvericiliyinə görə, şahidin statusunun dəyişməsi zamanı həmin şəxsə hüquqları izah edilir və müdafiə hüququ təmin olunur. Bu, istintaq prosesinin obyektiv və qanuna uyğun aparılmasını təmin etmək məqsədi daşıyır.

Praktiki hüquqşünaslıq fəaliyyətimizdə cinayət işinin gedişatında hüquq mühafizə orqanları tərəfindən vətəndaşların öncə şahid qismində dindirilərək (yalan danışdığı halda cinayət məsuliyyəti daşıması qorxusu altında) bəzən hətta öz əleyhinə yönələn suallara belə cavab verməyə məcbur edilməsi hallarına rast gəlirik.

Sonradan isə müstəntiq həmin şəxsi təqsirləndirilən şəxs kimi cəlb edərək əvvəllər şahid kimi ifadə verdiyi epizodlar üzrə ona ittiham elan edir və şəxs həbs edilir.

Bu hal birbaşa olaraq vətəndaşın konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Bu baxımdan belə hallar üzərində ciddi nəzarət həyata keçirilməlidir.

Məsələ ilə bağlı tərəfimizdən Baş Prokurorluğa sorğu ünvanlanmış və cavab əldə edilmişdir. Sorğuya verilmiş cavabın mətni ilə aşağıdan tanış ola bilərsiniz:

“Sizin cinayət işləri üzrə şahid olaraq dindirildikdən sonra iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən şəxslərə və həmin işlərin sayına dair rəsmi hesabatın aparılması ilə bağlı müraciətinizə baxılmışdır.

Bildirilir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qeyd olunan məsələ ilə bağlı statistik təhlillər aparılmır.”

………………………….

Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

Sualınız var?