Rəqəmsal sahədə məşğulluğun artırılması istiqamətində hansı tədbirlər görülür?
Rəqəmsal Sahədə Məşğulluğun Artması
Rəqəmsal texnologiyaların inkişafı bu sahədə məşğulluğunun artırılması istiqamətində suallar yaradır. Belə ki, tərəfimizdən Azərbaycanda vətəndaşların bu imkanlardan yararlanaraq gəlir əldə etməsi üçün hansı tədbirlərin görülməsi barədə Dövlət Məşğulluq Agentliyinə sorğu ilə müraciət olunmuşdur.
Vətəndaşların da mövzuya maraqlı olacağını düşünərək sorğunun məzmununu və sorğuya gələn cavabı sizinlə də bölüşürük:
Sözügedən orqana
“1. Dövlət Məşğulluq Agentliyi vətəndaşların rəqəmsal (digital) sahədə məşğulluğunun artırılması və pul qazanması üçün hansı tədbirləri görür?
2. Vətəndaşların YouTube, TikTok və digər sosial şəbəkələrdən pul qazanması istiqamətində hansı tədbirlər görülür?
3. “Remote job” konsepsiyası çərçivəsində vətəndaşlara iş tapmağa hansı yardımlar göstərilir?
4. Kripto valyutaların ticarəti sahəsində vətəndaşlarımızın məşğulluğunun artırılması istiqamətində hansı tədbirlər görülür və onların müstəqil treyderlik fəaliyyətinə başlaması üçün hansı təlimlər keçilir?” məzmununda sorğu ünvanlanmışdır.
Dövlət Məşğulluq Agentliyinin sorğumuza cavabı aşağıdakı kimi olmuşdur:
“…
Sizin müraciətinizdə qeyd etdiyiniz məsələlər (rəqəmsal (digital) sahədə məşğulluğun artırılması və pul qazanması, YouTube, TikTok və digər sosial şəbəkələrdən pul qazanmaq, “remote job” konsepsiyası, kriptovalyutaların ticarəti sahəsində vətəndaşlarımızın məşğulluğunun artırılması) qazancla yanaşı həm də ciddi maliyyə itkiləri və riskləri daşıdığı, bunun üçün sərbəst investisiya vəsaitlərinin tələb olunduğu, dayanıqlı məşğulluq hesab olunmadığı, bu sahədə qazanc əldə olunması üçün şəxsin xüsusi bilik və bacarıqlara (sərbəst vəsaitlərin idarə edilməsi, xüsusi kompüter proqramlarına sahib olma və ondan istifadə edə bilmə kimi), aidiyyatı sektorlar üzrə iş təcrübəsinə sahib olması vacibliyini, buradakı uğursuzluq və səhvlərin işsiz və işaxtaran vətəndaşların social və iqtisadi rifahına birbaşa mənfi təsir edə biləcəyi üçün işsiz və işaxtaran şəxslərin bu kimi fəaliyyətlərə Agentlik təşviqi məşğulluq sahəsində qanunvericiliyin də tələbləri nəzərə alınmaqla məqsədəuyğun hesab edilmir.”
…………………………
✔Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.