Qəzada ölən şəxsin ailəsinə 30 000 manat mənəvi zərər ödənilməlidir!
Qəzada Ölən Şəxsin Ailəsinə Ödəniş
Hadisə Zamanı
1982-ci il təvəllüdlü bir vətəndaşımız (orta təhsilli və subay) gündüz vaxtı idarə etdiyi Hyundai SantaFe markalı avtomobili idarə edərkən işıqforda qırmızı işığın yanmasına məhəl qoymur və VAZ 2106 markalı avtomobillə toqquşur. Nəticədə VAZ 2106 markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişir.
Sürücünün həyat yoldaşı və digər 2 ailə üzvü isə xəsarət alır. Avtomobilə dəyən zərər 4.379 (dörd min üç yüz yetmiş doqquz) manat həcmində müəyyən edilir.
Təqsirli Şəxs
Hyundai SantaFe markalı avtomobili idarə edən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilir.
Apellyasiya Məhkəməsi
Zərərçəkmiş şəxs, yəni vəfat edənin həyat yoldaşı birinci instansiya məhkəməsinin qərarından narazı qalır və apellyasiya məhkəməsinə qərardan şikayət verir.
Apellyasiya məhkəməsi işə baxaraq çox maraqlı və anoloji mübahisələr üçün örnək təşkil edən qərar qəbul edir. Belə ki, 30 000 manat mənəvi zərərin Hyundai SantaFe markalı avtomobilin sürücüsündən tutularaq mərhumun həyat yoldaşına, yəni zərərçəkmişə ödənilməsi barədə qərar qəbul olunur.
Ali Məhkəmənin Aldığı Qərar
Həmin qərardan Hyundai SantaFe markalı avtomobilin sürücüsü Ali Məhkəməyə şikayət verir. Ali Məhkəmə şikayətə baxaraq bildirir ki, Apellyasiya Məhkəməsinin gəldiyi nəticə doğrudur. Eyni zamanda Ali Məhkəmə burada bir məqama da diqqət çəkir ki, Hyundai SantaFe markalı avtomobilin sürücüsünün könüllü olaraq ölmüş şəxsin ailə üzvlərinə 19 000 manat, sığorta şirkəti tərəfindən isə 11 000 manat ödənilməsinin təklif edilməsi bu şəxslərin bu həcmdə mənəvi zərəri də ödəmək imkanının olduğunu göstərir.
Məhkəmə-Hüquq Sistemi
Bildiyimiz kimi, bu tip qərarlar Cinayət Prosessual Məcəlləsinin həm 11-ci maddəsində qeyd edilən hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipi baxımından, həm də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanın müddəaları baxımından önəm kəsb edir.
Belə ki, burada işin faktiki halları nəzərə alınmaqla eyni yanaşma bütün zərərçəkmiş şəxslərə münasibətdə təmin edilməlidir.
……………………………………..
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.