Paypalın Fəaliyyəti ilə Bağlı Məhdudiyyət Yoxdur!

In dubio pro reo

(099) 984 00 00

(012) 464 80 79

Axtarış

PayPalın fəaliyyəti ilə bağlı hər hansısa bir məhdudiyyət yoxdur!

Paypalın Fəaliyyəti ilə Bağlı Məhdudiyyət Yoxdur!

Müxtəlif investisiya layihələrinin hüquqi riskləri barədə yerli və xarici şirkətlərə öz hüquqi rəylərimizi təqdim edirik. Növbəti müraciət müxtəlif ödəniş sistemlərinin ölkədə fəaliyyətinə məhdudiyyətinin olub olmaması ilə bağlı olmuşdur.

Bu barədə Mərkəzi Bank tərəfindən sorğumuza verilmiş rəsmi cavabı sizinlə də paylaşırıq:

Sözügedən orqana

“Azərbaycanda PayPal ödəniş sistemi niyə fəaliyyət göstərmir? məzmununda sorğu ünvanlanmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının sorğumuza cavabı aşağıdakı kimi olmuşdur:

“…

mövcud qanunvericilikdə xarici ödəniş və ya elektron pul təşkilatlarının ölkə bazarına daxil olması istiqamətində hər hansı məhdudiyyət mövcud deyildir. Mərkəzi Bank tərəfindən də ödəniş xidmətləri sahəsində qlobal tendensiyalar yaxından izlənilir və dünyada geniş yayılan texnologiyaların ölkədə tətbiqi istiqamətində imkanların yaradılması üçün beynəlxalq və yerli təşkilatlarla davamlı olaraq yaxından əməkdaşlıq edilir, onların bazara daxil olması dəstəklənir. Bu sahədə görülən işlər çərçivəsində son illərdə ölkədə “ApplePay” və “GooglePay” kimi xidmətlər fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, sözügedən təşkilatların hər hansı ölkədə fəaliyyət göstərməsi ilk növbədə müvafiq təşkilatın işgüzar maraqları ilə tənzimlənir.”

PayPalın Fəaliyyəti ilə Bağlı Məhdudiyyət yoxdur !

Bununla yanaşı, Azərbaycan Respublikasının Mərkəzi Bankı rəqəmsal ödənişlərin inkişafını dəstəkləmək məqsədilə yeni texnologiyaların tətbiqinə imkanlar yaradır və yerli ödəniş infrastrukturu beynəlxalq standartlara uyğunlaşdırılır. Gələcəkdə bu istiqamətdə həyata keçiriləcək təşəbbüslər, məsələn, digər qlobal platformaların fəaliyyət göstərməsi üçün daha əlverişli şərait yarada bilər.

Sonda qeyd etmək lazımdır ki, beynəlxalq ödəniş platformalarının istifadəsi yalnız texnoloji tərəqqini deyil, həmçinin ölkənin iqtisadi inteqrasiyasını da gücləndirir və yerli sahibkarlara beynəlxalq bazarlara daha asan çıxış imkanı yaradır.

……………………………..

✔Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

 

Sualınız var?