PayPalın fəaliyyəti ilə bağlı hər hansısa bir məhdudiyyət yoxdur! - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

PayPalın fəaliyyəti ilə bağlı hər hansısa bir məhdudiyyət yoxdur!

Müxtəlif investisiya layihələrinin hüquqi riskləri barədə yerli və xarici şirkətlərə öz hüquqi rəylərimizi təqdim edirik. Növbəti müraciət müxtəlif ödəniş sistemlərinin ölkədə fəaliyyətinə məhdudiyyətinin olub olmaması ilə bağlı olmuşdur.

Bu barədə Mərkəzi Bank tərəfindən sorğumuza verilmiş rəsmi cavabı sizinlə də paylaşırıq:

Sözügedən orqana

“Azərbaycanda PayPal ödəniş sistemi niyə fəaliyyət göstərmir? məzmununda sorğu ünvanlanmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının sorğumuza cavabı aşağıdakı kimi olmuşdur:

“…

mövcud qanunvericilikdə xarici ödəniş və ya elektron pul təşkilatlarının ölkə bazarına daxil olması istiqamətində hər hansı məhdudiyyət mövcud deyildir. Mərkəzi Bank tərəfindən də ödəniş xidmətləri sahəsində qlobal tendensiyalar yaxından izlənilir və dünyada geniş yayılan texnologiyaların ölkədə tətbiqi istiqamətində imkanların yaradılması üçün beynəlxalq və yerli təşkilatlarla davamlı olaraq yaxından əməkdaşlıq edilir, onların bazara daxil olması dəstəklənir. Bu sahədə görülən işlər çərçivəsində son illərdə ölkədə “ApplePay” və “GooglePay” kimi xidmətlər fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, sözügedən təşkilatların hər hansı ölkədə fəaliyyət göstərməsi ilk növbədə müvafiq təşkilatın işgüzar maraqları ilə tənzimlənir.”

Bizimlə əlaqə üçün: +994 50 224 85 05