Özünü yandırmaqla etiraz necə yaranıb- Ateş İstidası nədir?
Özünü yandırmaq yolu ilə etiraz Osmanlı dövründə çox maraqlı bir zərurətdən formalaşmışdır. Cümə namazına gedən Osmanlı Sultanları çıxışda əhalinin dərtlərini şikayətlərini dinləyərmiş və yazdıqları ərizələri şikayətləri (istida adlanırmış) mühafizəçiləri vasitəsi ilə topladıb incələyərmişlər. Şikayətini Sultanın diqqətinə çatdırmaq üçün və mühafizəçilərin onlarında şikayətini görməsi üçün insanlar bir kağızı və ya keçəni təpsidə yandırıb başı üstündə tuturmuş ki, tüstü və alov ilə mühafizəçilərin diqqətini çəksin və onun da şikayətini götürüb sultana çatdırsınlar. Zamanla məmurdan narazı olan insanlar bax alovlu bir ərizə (ateş istidası) verərəm sənin haqqında deyə onlara xəbərdarlıq etməyə başlamışlar. Bu atəşli alovlu ərizənin ən maraqlı nümunəsi 1648-ci ildə Sultan İbrahimin hakimiyyətinin son günlərində baş verir.
Yeddi ingilis taciri İstanbulun Galata səmtində ağ bayraqlar qaldırır və bütün gəmi heyətini göyərtəyə düzərək başlarında qətran (zift) yandırırlar və bağırmağa başlayırlar. Saraydan bunu görüb dərhal nümayəndə göndərirlər və öyrənirlər ki, satdıqları malın pulunu ala bilmirlər özlərini də limandan qovurlar. Sultan İbrahim öz vəzirini göndərir və tacirlərin problemləri həll edilir.
O dövrdən qalmış bu etiraz növü çox təəssüf ki bu gün də insanlar tərəfindən son çarə kimi istifadə edilməkdədir.