Öncə şahid sonra təqsirləndirilən şəxs? - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Öncə şahid sonra təqsirləndirilən şəxs?

Praktiki hüquqşünaslıq fəaliyyətimizdə cinayət işinin gedişatında hüquq mühafizə orqanları tərəfindən vətəndaşların öncə şahid qismində dindirilərək (yalan danışdığı halda cinayət məsuliyyəti daşıması qorxusu altında) bəzən hətta öz əleyhinə yönələn suallara belə cavab verməyə məcbur edilməsi hallarına rast gəlirik.

Sonradan isə müstəntiq həmin şəxsi təqsirləndirilən şəxs kimi cəlb edərək əvvəllər şahid kimi ifadə verdiyi epizodlar üzrə ona ittiham elan edir və şəxs həbs edilir.

Bu hal birbaşa olaraq vətəndaşın konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Bu baxımdan belə hallar üzərində ciddi nəzarət həyata keçirilməlidir.

Məsələ ilə bağlı tərəfimizdən Baş Prokurorluğa sorğu ünvanlanmış və cavab əldə edilmişdir. Sorğuya verilmiş cavabın mətni ilə aşağıdan tanış ola bilərsiniz:

“Sizin cinayət işləri üzrə şahid olaraq dindirildikdən sonra iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən şəxslərə və həmin işlərin sayına dair rəsmi hesabatın aparılması ilə bağlı müraciətinizə baxılmışdır.

Bildirilir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qeyd olunan məsələ ilə bağlı statistik təhlillər aparılmır.”

Bizimlə əlaqə üçün :  +994 50 224 85 05

Sualınız var?