ÖLKƏDƏ 1199 LOMBARD FƏALİYYƏT GÖSTƏRİR! - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

ÖLKƏDƏ 1199 LOMBARD FƏALİYYƏT GÖSTƏRİR!

2014-2015-ci illərdə baş vermiş devalvasiyadan sonra bankların kredit verməsinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Bildiyimiz kimi, bu situasiyanın təsiri ilə lombardların sayı və onların kredit portfelinin həcmi artmışdır. Həmin məsələyə daha geniş aspektdən baxmaq üçün biz öncəliklə Mərkəzi Banka sorğu ünvanlamışıq. Sorğumuza cavab olaraq, Mərkəzi Bankın lombardların və onların kredit portfelinin uçotunu aparmadığı bildirilmişdir və daha sonra tərəfimizdən sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdur.

Vətəndaşların da mövzuya maraqlı olacağını düşünərək sorğunun məzmununu və sorğuya gələn cavabı sizinlə də bölüşürük:

Sözügedən Nazirliyə “Respublika ərazisində ümumilikdə neçə lombard fəaliyyət göstərir? Lombardların 2014-2022-ci illər üzrə (hər bir il ayrılıqda göstərilməklə) kredit portfelinin həcmi nə qədər olmuşdur?” məzmununda sorğu ünvanlanmışdır.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sorğumuza cavabı aşağıdakı kimi olmuşdur:

“Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən lombard fəaliyyəti ilə 1199 vergi ödəyicisinin uçotda olması barədə məlumat mövcuddur. Lombardların kredit portfellərinin uçotunun aparılması Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid deyildir.”

Bizimlə əlaqə üçün: +994 50 224 85 05