DSMF Məhkəmə Mübahisləri

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

DSMF-nin  Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filialının məhkəməyə öz adından müraciət etmək hüququ yoxdur.

DSMF Məhkəmə Mübahisləri

DSMF Məhkəmə Mübahisləri

 

Bu barədə Ali Məhkəmənin 25.07.2022 tarixli qərarında qeyd edilmişdir. Belə ki, vətəndaş Ağdam Rayon Məhkəməsinə müraciət edərək, atasının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ağdam Rayon Məhkəməsi vətəndaşın ərizəsini təmin etmişdir.  Qətnamədən ƏƏSMN tabeliyində DSMF-nun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filialı şikayət verərək Ağdam Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb etmişdir.

Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin qəbulundan imtina etmişdir. Məhkəmə bildirmişdir ki, Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filialı qətnamənin hüquq və vəzifələrinə toxunmasını əsaslandıra bilməmişdir.

Bundan narazı qalan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filialı Ali Məhkəməyə şikayət etmişdir. Ali Məhkəmə bildirmişdir ki,

məhkəmə aktından işdə iştirak etməyə cəlb edilməmiş şəxs şikayət verdiyi halda

həmin şikayətin mümkünlüyü ilə bağlı məsələni müzakirə edən məhkəmənin ilkin vəzifəsi
qəbul edilən qətnamənin şikayət vermiş şəxsin hüquq və vəzifələrinə toxunub-
toxunmadığını müəyyən etməkdir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi
qəbul edilmiş məhkəmə aktının şikayət vermiş şəxsin hüquq və vəzifələrinə toxunmadığını
qeyd etsə də, bununla bağlı mövqeyini kifayət qədər əsaslandırmamışdır;

– Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın
4.1-ci bəndində göstərilən arayışlara əsasən şəhid ailələrinə vəsiqəni Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları verir.

– həmçinin Filialın hazırkı apellyasiya şikayətinin mümkünlüyünün düzgün həlli

baxımından Filialın şikayəti öz adından, yoxsa Dövlət Sosial Müdafiəsi Fondunun adından
verdiyi, öz adından verdiyi halda, Filialın bu hüquqa malik olub-olmadığı, Fondun adından
verdiyi halda isə şikayəti imzalamış şəxslərin həmin orqanın adından apellyasiya şikayətlərini

imzalamaq səlahiyyətlərinin olub-olmadığı barədə hallara aydınlıq gətirilməlidir.

 

İşə təkrar baxan Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1274/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qərardadı ilə Filial tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmayaraq apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

 

Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Filialı qətnamədən apellyasiya  şikayətini öz adından vermişdir. Halbuki Filial öz adından şikayət verərkən bu
hüquqa malik olmamışdır. Eyni zamanda bu barədə Filiala hər hansı bir səlahiyyət
verilməmişdir. Bu barədə işdə heç bir sübut yoxdur. Apellyasiya şikayətini Filialın
nümayəndəsi imzalamışdır. İşin müəyyən olunmuş halına görə isə Filialın öz adından
şikayət vermək, eləcə də apellyasiya şikayətinə imza etmək səlahiyyəti olmamışdır.

 

Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, ki, Filalı haqqındaƏsasnamənin təsdiqlənmiş surətindən bir daha görünür ki, filial hazırkı iş üzrə öz adından apellyasiya şikayəti verərkən bu hüquqa malik olmamış, eyni zamanda onlara apellyasiyaşikayətinə imza etmək səlahiyyəti verilməmişdir.

 

Qətnamədən bu dəfə artıq,  hüquq və maraqlarına toxunan şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra “Fond”) kassasiya şikayəti verərək apellyasiya instansiyası
məhkəməsinin qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin mümkün hesab edilməsi
barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.

Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə – etibarnamə iləsəlahiyyət verilməsi, etibarnamənin şübhə doğurmaması– münasibətdə qeyd edir ki,

mübahisəli hal qeyd edilən səlahiyyət və etibarnamənın şübhə doğurub-doğurmaması

deyil, həmin etibarnamə əsasında şikayəti Filialın öz adından verib-verməmək hüququnun

olmasıdır. Etibarnamənin məzmunundan görünür ki, Filiala Fondun adından şikayət

vermək hüququ verilib, Filial isə şikayəti öz adından verib. Əks halda, yəni Filialın öz

adından şikayət vermək hüququ olmuş olsa idi, heç etibarnaməyə zərurət olmazdı. Bir

halda ki, Filial etibarnamə əsasında şikayət verib, belə olan halda da, şikayəti etibarnamə

verən şəxsin adından verməli idi.

Bundan başqa, hazırki kassasiya şikayətini də artıq Filial yox, Fondun özü verib.Bu baxımdan, qətnamədən apellyasiya şikayətinin Filial adından verilməsinin düzgün olmaması Fondun özü tərəfindən də qəbul edilir.

…………………………………..

Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

Sualınız var?